150px|thumb|Mükafatın döş nişanı

Azərbaycan SSR Dövlət mükafatı — Azərbaycan SSR-də 1970-ci ildən ədəbiyyat, incəsənət və arxitektura, elm və texnika xadimlərinə, 1976-cı ildən isə əmək nailiyyətlərinə görə istehsal qabaqcıllarına verilən yüksək mükafat.

Azərbaycan KP MK və Nazirlər Soveti qərarı ilə mükafata layiq görülən şəxslərə döş nişanı və pul mükafatı verilirdi. Mükafatlar hər iki ildən bir Azərbaycanda sovet hakimiyyətinin qurulması günü (28 aprel) ərəfəsində verilir və laureatların siyahısı mətbuatda dərc edilirdi.

1990-cı ildə dövlət mükafatlarının verilməsi praktikası dəyişmiş, 28 May — Respublika Gününün bərpa edilməsindən sonra həmin il bu mükafat keç kimə verilməmişdir. 5 fevral 1991-ci ildə Azərbaycan dövlətinin Azərbaycan Respublikası adlandırılmasından sonra 1990-cı il üzrə dövlət mükafatları "Azərbaycan Respublikasının Dövlət mükafatı" adı ilə sonuncu dəfə 1991-ci ilin may ayında verilmişdir.

1970–1991-ci illərdə verilmiş mükafatların ümumi sayı 527 olmuşdur. Ədəbiyyat, incəsənət və arxitektura üzrə 142 nəfərə, elm və texnika üzrə 222 nəfərə, istehsalat nailiyyətlərinə görə 157 nəfərə, ümumilikdə isə 521 nəfərə dövlət mükafatı verilmişdir. 6 nəfər (Süleyman Rüstəm, Həsənağa Turabov, Xəyyam Mirzəzadə, Kamil Nəcəfzadə, Qurban Abbasov və Xoşbəxt Yusifzadə) isə bu mükafata iki dəfə layiq görülmüşlər.

1970-ci illər

1970 Ədəbiyyat, incəsənət və arxitektura sahəsində (5 nəfər) Süleyman Rüstəm (Süleyman Əlabbas oğlu Rüstəmzadə) — 1969-cu il 29 noyabr tarixli "Ədəbiyyat və incəsənət" qəzetində dərc olunmuş şeirlər silsiləsi və 1970-ci ildə "Azərbaycan" jurnalının 4-cü nömrəsində dərc edilmiş "Raykom katibi" poeması üçün Sultan İsmayıl oğlu Hacıbəyov — simfonik orkestr üçün konsertə görə Tahir Teymur oğlu Salahov — "Yeni dəniz" şəkli üçün 1969-cu ildə "Azərbaycanfilm" kinostudiyasında buraxılmış "Şərikli çörək" kinofilmi üçün: Şamil Fərzəli oğlu Mahmudbəyov (rejissor) Alla Nuru qızı Axundova (ssenarist)

Elm və texnika sahəsində (10 nəfər) "Azərbaycan iqlimi" monoqrafiyası üçün:Azərbaycan SSR Elmlər Akademiyası Coğrafiya İnstitutunun işçiləri Ənvər Mamay Şıxlinski (coğrafiya elmləri namizədi, şöbə rəhbəri) Əlabbas Abbasqulu oğlu Mədətzadə (coğrafiya elmləri doktoru, şöbə rəhbəri) Əsgər Cabbar oğlu Əyyubov (coğrafiya elmləri namizədi, şöbə rəhbəri) Bakı neftindən istehsal edilən motor yağları üçün bir sıra effektli aşqarların və onların kompozisiyalarının sintezi texnologiyasının işlənib hazırlanması və sənayedə tətbiq edilməsi üçün Əli Musa oğlu Quliyev (Azərbaycan SSR Elmlər Akademiyasının akademiki, Azərbaycan SSR Elmlər Akademiyası Aşqarlar Kimyası İnstitutunun direktoru, iş rəhbəri) Gövhər Əli qızı Zeynalova (texnika elmləri doktoru, laboratoriya rəhbəri) Kamil İsmayıl oğlu Sadıqov (texnika elmləri doktoru, laboratoriya rəhbəri) Fatma Həmzə qızı Süleymanova (texnika elmləri doktoru, laboratoriya rəhbəri) İzzət Mirzağa qızı Orucova (Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü, Azərbaycan SSR Elmlər Akademiyası Qeyri-Üzvi və Fiziki Kimya İnstitutunun direktoru) İslam İbrahim oğlu Namazov (texnika elmləri namizədi, Azərbaycan SSR Elmlər Akademiyası Aşqarlar Kimyası İnstitutu direktorunun elmi iş üzrə müavini) Valentin Yefimoviç Başayev (texnika elmləri namizədi, laboratoriya rəhbəri)

1972 Ədəbiyyat, incəsənət və arxitektura sahəsində (12 nəfər) M. Əzizbəyov adına Azərbaycan Dövlət Akademik Dram Teatrında "Mahnı dağlarda qaldı" tamaşası üçün: İlyas Məmməd oğlu Əfəndiyev (yazıçı, Azərbaycan SSR əməkdar incəsənət xadimi) Əliheydər Əbdüləli oğlu Ələkbərov (quruluşçu rejissor, Azərbaycan SSR əməkdar artisti) Nüsrət Möhsün oğlu Fətullayev (rəssam, Azərbaycan SSR xalq artisti) İsmayıl Yusif oğlu Hacıyev-Dağıstanlı (Azərbaycan SSR xalq artisti) Leyla Ağalar qızı Bədirbəyli (Azərbaycan SSR xalq artisti) Həsən Səttar oğlu Turabov (Azərbaycan SSR əməkdar artisti) Amaliya Əliş qızı Pənahova (aktrisa) Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında "Komandorun addımları" tamaşası üçün: Gülcahan Şurulla qızı Güləhmədova-Martınova (quruluşçu rejissor, Azərbaycan SSR əməkdar incəsənət xadimi) Konstantin Haykoviç Adamov (Azərbaycan SSR xalq artisti) Anatoli Solomonoviç Falkoviç (Azərbaycan SSR xalq artisti) Dina İosifovna Tumarkina (Azərbaycan SSR əməkdar artisti) Səttar Bəhlul oğlu Bəhlulzadə (Azərbaycan SSR xalq rəssamı) — "Azərbaycan mənzərələri" işlər silsiləsi üçün

Elm və texnika sahəsində (22 nəfər) "Selenin fotoreseptorlar funksional aktivliyinə təsiri" əsəri üçün: Həsən Məmmədbağır oğlu Abdullayev (SSRİ Elmlər Akademiyasının müxbir üzvü, Azərbaycan SSR Elmlər Akademiyasının akademiki, iş rəhbəri)Azərbaycan SSR Elmlər Akademiyası A. İ. Qarayev adına Fiziologiya İnstitutunun əməkdaşları: Nina Alekseyevna Hacıyeva (bioloji elmlər doktoru, laboratoriya rəhbəri) Hüseyn Heydər oğlu Həsənov (bioloji elmlər doktoru, institutun direktoru) Haqverdi İsmayıl oğlu Cəfərov (bioloji elmlər namizədi, laboratoriya rəhbəri) Vladimir Vladimiroviç Perelıkin (bioloji elmlər namizədi, baş elmi işçi) Cəlal Eyvaz oğlu Allahverdiyev (fizika-riyaziyyat elmləri doktoru, Azərbaycan SSR Elmlər Akademiyası Kibernetika İnstitutunun direktoru) — Öz-özünə qoşma olmayan operatorlar nəzəriyyəsinə aid işlər silsiləsi üçün Zülfəli İmaməli oğlu İbrahimov (Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü, S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin kafedra müdiri) — V. İ. Lenin və Azərbaycanda sosialist inqilabının qələbəsi monoqrafiyası üçün Məmmədağa Şirəli oğlu Şirəliyev (Azərbaycan SSR Elmlər Akademiyasının akademiki, Azərbaycan SSR Elmlər Akademiyası Dilçilik İnstitutunun direktoru) — "Azərbaycan dialektologiyasının əsasları" kitabı üçün "Şaquldan inhirafı böyük olan maili çox dərin quyuların qazılma texnologiyasının işlənməsi və geniş tətbiqi" əsəri üçün: Qurban Abbasqulu oğlu Abbasov (Xəzər Dəniz Neft Kəşfiyyatı Trestinin müdiri) Nəsrulla Xanbaba oğlu Babayev (texnika elmləri doktoru, Xəzər Dəniz Neft Birliyi rəisinin keçmiş müavini) Bəhmən İbiş oğlu Hacıyev (texnika elmləri namizədi, Neft daşları Dəniz Qazma İşləri İdarəsinin rəisi) Məmmədpaşa Piri oğlu Quluzadə (Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü, M. Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun kafedra müdiri) İsrafil Səmin oğlu Hüseynov (buruq ustası) Eduard Borisoviç Karaş (Neft daşları Dəniz Qazma İşləri İdarəsinin baş mühəndisi) Bəxtiyar Məmməd oğlu Məmmədov (texnika elmləri namizədi, Xəzər Dəniz Neft Birliyinin rəisi) Sergey Avanesoviç Ohanov (texnika elmləri namizədi, M. Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutu kafedrasının dosenti) "Mürəkkəb yarımkeçirici birləşmələrin alınması, xassələrinin tədqiqi və onların əsasında müxtəlif çeviricilərin (termoelektrik, aşırıcı və yaddaşlı cihazların, lazer və spontan şüalaşma mənbələrinin, qəbuledicilərinin və modulyatorlarının) yaradılması" əsəri üçün:Azərbaycan SSR Elmlər Akademiyası Fizika İnstitutunun əməkdaşları: Zərifə Abbas qızı Əliyarova (fizika-riyaziyyat elmləri namizədi, baş elmi işçi) Vadim Borisoviç Antonov (fizika-riyaziyyat elmləri namizədi, baş elmi işçi) Arif Zülfüqar oğlu Quliyev (texnika elmləri doktoru, xüsusi konstruktor bürosunun direktoru) Yadulla Nüsrət oğlu Nəsirov (fizika-riyaziyyat elmləri namizədi, laboratoriya rəhbəri) Rəhim Həsən Nani (fizika-riyaziyyat elmləri namizədi, baş elmi işçi) Eldar Yunis oğlu Salayev (fizika-riyaziyyat elmləri namizədi, direktor müavini, laboratoriya rəhbəri)

1974 Ədəbiyyat, incəsənət və arxitektura sahəsində (9 nəfər) M. F. Axundov adına Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında "Nəsimi dastanı" xoreoqrafik poemasının tamaşası üçün: Fikrət Məşədicəmil oğlu Əmirov (bəstəkar, SSRİ xalq artisti) Nailə Məmməd qızı Nəzirova (baletmeyster) Nazim Əsədulla oğlu Rzayev (dirijor, Azərbaycan SSR əməkdar incəsənət xadimi) Toğrul Fərman oğlu Nərimanbəyov (Azərbaycan SSR xalq rəssamı) Vladimir Nikolayeviç Pletnyov (Azərbaycan SSR əməkdar artisti) Çimnaz Məmməd qızı Babayeva (Azərbaycan SSR əməkdar artisti) Nəsibə Cahangir qızı Zeynalova (Azərbaycan SSR xalq artisti) — Ş. Qurbanov adına Azərbaycan Musiqili Komediya Teatrının tamaşalarında yaratdığı obrazlar üçün Mikayıl Hüseyn oğlu Abdullayev (SSRİ xalq rəssamı) — "Çəltikçi qızlar" diptixi üçün Məmməd Arif Məhərəm oğlu Dadaşzadə (Məmməd Arif) (Azərbaycan SSR Elmlər Akademiyası prezidentinin müavini, filologiya elmləri doktoru) — "Azərbaycan ədəbiyyatı tarixi" kitabı üçün

Elm və texnika sahəsində (19 nəfər) Bəhram Mehrəli oğlu Əsgərov (fizika-riyaziyyat elmləri doktoru, professor, S. M. Kirov adına Azərbaycan Dövlət Universiteti bərk cisim fizikası kafedrasının müdiri) — "Yarımkeçiriçilərdə kinetik effektlər" monoqrafiyası üçün Cəmil Bahadır oğlu Quliyev (Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü, Azərbaycan SSR Elmlər Akademiyası Tarix İnstitutunun direktoru) — "Azərbaycanda Lenin milli siyasətinin həyata keçirilməsi uğrunda Kommunist Partiyasının mübarizəsi". "Lenin milli siyasəti bayrağı altında" monoqrafiyası üçün "Azərbaycanda xroniki hemodializ və böyrəkköçürmə" əsəri üçün: Mirməmməd Cavad oğlu Cavadzadə (SSRİ Tibb Elmləri Akademiyasının müxbir üzvü, Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu urologiya və operativ nefrologiya kafedrasının müdiri, respublika klinik uroloji xəstəxanasının baş həkimi, iş rəhbəri) Pavel Sergeyeviç Malkov (tibb elmləri namizədi, Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu urologiya və operativ nefrologiya kafedrasının assistenti) Kamal Adıgözəl oğlu İsmayılov (tibb elmləri namizədi, Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu urologiya və operativ nefrologiya kafedrasının dosenti) Haşım İsa oğlu Əliyev (tibb elmləri namizədi, respublika klinik uroloji xəstəxanası baş həkiminin müalicə işi üzrə müavini) Stanislav Nikolayeviç Lınev (tibb elmləri namizədi, respublika klinik uroloji xəstəxanası anesteziologiya-reanimatologiya bölməsinin müdiri) "Dəyişən cərəyanın avtokonpensasiya ölçü-məlumat sistemlərinin nəzəriyyə və təcrübəsi" əsəri üçün:M. Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun əməkdaşları: Tofiq Məmməd oğlu Əliyev (texnika elmləri doktoru, professor, elektrik ölçmə işləri və hesablayıcı texnika kafedrasının müdiri, iş rəhbəri) Aleksandr Mixayloviç Melikşahnazarov (texnika elmləri doktoru, professor, elektronika və informasiya-ölçü texnikası kafedrasının müdiri) Aleksey Qriqoryeviç Melnikov (texnika elmləri namizədi, elektrik ölçmə işləri və hesablayıcı texnika kafedrasının dosenti) Ramiz Mehdi oğlu Mirsəlimov (texnika elmləri namizədi, elektrik ölçmə işləri və hesablayıcı texnika kafedrasının dosenti) İosif Lipoviç Şayn (texnika elmləri namizədi, elektrik ölçmə işləri və hesablayıcı texnika kafedrasının dosenti) Şamil Məmmədrza oğlu Şahmərdanov (texnika elmləri namizədi, elektrik ölçmə işləri və hesablayıcı texnika kafedrasının dosenti) "Ali məktəblər üçün 4 hissədən ibarət "Müasir Azərbaycan dili" dərs vəsaiti üçün: Əbdüləzəl Məmməd oğlu Dəmirçizadə (Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü, V. İ. Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutu Azərbaycan dilçiliyi kafedrasının müdiri) Səlim Əbdüllətif oğlu Cəfərov (filologiya elmləri doktoru, S. M. Kirov adına Azərbaycan Dövlət Universiteti Azərbaycan dilçiliyi kafedrasının professoru) Muxtar Hüseyn oğlu Hüseynzadə (filologiya elmləri doktoru, professor, S. M. Kirov adına Azərbaycan Dövlət Universiteti ümumi dilçilik kafedrasının müdiri) Əlövsət Zakir oğlu Abdullayev (filologiya elmləri doktoru, professor, S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin Azərbaycan dilçiliyi kafedrasının müdiri, dərs hissəsi üzrə prorektor) Yusif Mirəhməd oğlu Seyidov (filologiya elmləri doktoru, professor, S. M. Kirov adına Azərbaycan Dövlət Universiteti Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının müdiri) Ağamalı Qulu oğlu Həsənov (filologiya elmləri namizədi, S. M. Kirov adına Azərbaycan Dövlət Universiteti Azərbaycan dilçiliyi kafedrasının dosenti)