Qalisiya sarışını (; ) — İspaniyanın Qalisiya bölgəsinə xas olan inək cinsi. Adını yer aldığı bölgədən və rəngindən alan bu cins sarı və qırmızı rənglə yanaşı başqa rənglərdə də ola bilir.

Çəkisi 450-500 kq olub, orta ölçülüdür. Qalisiya sarışını əsasən ətinə görə saxlanılır. Südü isə ənənəvi Tetilla pendirinin hazırlanmasında istifadə olunur. Bu cins ilk dəfə 1933-cü ildə qeydə alınmışdır. 1900-cu illərdə simmental, İsveçrə qəhvəyisi və cənub Devons cinslərinin cütləşdirilməsi ilə yarandığı güman olunur.

Qalereya

İstinadlar

Xarici keçidlər İspaniyadakı inək cinsləri

Kateqoriya:Əhliləşdirilmiş heyvanlar