Rafiq Əyyub oğlu Hüseynov () — Azərbaycan Televiziyasının aparıcısı, diktor, Azərbaycan SSR xalq artisti (1990).

Həyatı Rafiq Hüseynov 1946-cı ildə Şuşa şəhərində anadan olub. 17 yaşında Azərbaycan Televiziyasında çalışdıqdan sonra 1966-cı ildə təcrübəçi diktor kimi fəaliyyətə başlayıb.

2016-cı ildə Azərbaycan Milli Kino Günü münasibətilə Azərbaycan Kinematoqrafçılar İttifaqının təsis etdiyi illik mükafata layiq görülmüşdür. Televiziya diktoru Roza Tağıyevanın həyat yoldaşı olmuşdur. Daha sonra Səbinə Hüseynli ilə ailə həyatı qurub. Bu izdivacdan Leyli Hüseynli dünyaya gəlib.

26 oktyabr 2017-ci ildə Almaniyanın Düsseldorf şəhərində vəfat edib. 2 noyabr 2017-ci ildə cənazəsi Almaniyadan Bakıya gətirilib. 3 noyabr 2017-ci ildə Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında baş tutan vida mərasimindən sonra Yasamal qəbiristanlığında dəfn olunmuşdur.

Filmoqrafiya Şəki (film, 1977) Ölü zona (film, 1988) Fəryad (film, 1993) Artilleriyanın allahı sayılırdı (film, 1996) Ailə (film) (tammetrajlı bədii film) — redaktor Kədərimiz... Vüqarımız... Nəsrulla Nəsrullayev (film, 1999) Narahat adam (film, 2005) Biz qayıdacağıq (film, 2007) Top həm düşər, həm qalxar (film, 2011) Gün keçdi (film, 2012)

İstinadlar

Mənbə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 53.

Kateqoriya:Diktorlar Kateqoriya:Azərbaycanın televiziya aparıcıları Kateqoriya:Şuşada doğulanlar Kateqoriya:Düsseldorfda vəfat edənlər Kateqoriya:Azərbaycan Televiziyasının jurnalistləri Kateqoriya:Bakı şəhəri 189-190 nömrəli tam orta məktəbin məzunları