Adi Şamir (; ) — İsrailli kriptoqrafdır. O, RSA alqoritminin ixtiraçılarından biridir (digərləri Ron Rivest və Len Adleman. Bundan başqa, O, diferensial kripto-analizin yaradıcılarındandır, (subscription required) ümumiyyətlə, kriptoqrafiya və informatikanın bir çox sahəsinə onlarla töhfələr veribdir..

Həyatı Adi Şamir (Adi Shamir) 6 iyul 1952-ci ildə Təl-Əvivdə anadan olmuşdur.

Təhsili O bakalavr dərəcəsini riyaziyyat üzrə Tel-əviv universitetində 1973-cü ildə almışdır. O, magistratura və doktorantura dərəcələrini informatika üzrə Veiçman institutunda uyğun olaraq 1975 və 1977-ci ildə bitirmişdir. 

Fəaliyyəti Hesablama sistemləri nəzəriyyəsi sahəsində ixtisaslaşmış israilli alim, kriptoanalitik, Veysman institutunun informatika və tətbiqi riyaziyyat üzrə professoru Adi Şamir 2002-ci ildə Ronald Linn Rivest (Ronald Linn Rivest) və Leonard Adlemanla (Leonard Adleman) birgə açıq açarlı şifrləmə sisteminin praktiki faydalarının artırılmasına verdiyi əvəzsiz töhfəyə görə Türinq mükafatına layiq görülmüşdür.

İstinadlar

Ədəbiyyat Əliquliyev R. M., Salmanova P. M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.

Kateqoriya:Yəhudi alimlər Kateqoriya:London Kral Cəmiyyətinin əcnəbi üzvləri