Jan-Pol Belmondo (; 9 aprel 1933 - 6 sentyabr 2021) — fransız kinoaktyoru, fransız kinosunda "yeni dalğa"nın manifesti hesab olunan "Son nəfəsdə" filmindəki Mişel Puakkar rolu ilə şöhrət qazanmışdır (1960). İlk filmlərində üsyankar gənc obrazı yaradaraq gənclər arasında böyük populyarlığa nail olmuş, sonrakı dövrlərdə komediyalarda və döyüş filmlərində kəskin xarakterli rolları canlandırmışdır. Ən yaxşı kişi roluna görə Sezar mükafatı laureatı (1989), Fəxri Legion ordeninin komandorudur.
Həyatı Parisin qərbində Neuilly-sur-Seinedə dünyaya gəldi. Sicilya əsilli olan atası Paul Belmondo tanınmış bir heykəltaraş idi. Amma Jan-Pol məktəb illərində incəsənətdən çox futbol və boksla maraqlanırdı. İyirmi yaşına çatanda aktyorluq marağını çəkməyə başladı. Paris konservatoriyasında (Conservatoire National Superieur d'Art Dramatique (CNSAD)) təhsil almışdır. Bəzi teatr oyunlarında kiçik rollarda oynadı. 1950-ci illərin ilk yarısını teatr ilə uğraşaraq keçirdi. 1956-cı ildə ilk filmində oynadı. Daha 8 filmdə oynadıqdan sonra, nəhayət, 1960-cı ildə özünü dünya çapında tanıdacaq film gəldi; Jean-Luc Godardın Sərsəri Aşiqləri (À bout de souffle). Belmondo bu günə qədər çoxu macəra və komediya filmləri olmaq üzrə 81 filmdə oynamışdır. Alain Delon kimi o da Cerito adlı öz film şirkətini qurdu. 2001-ci ildə iflic olduğu üçün filmlərinə fasilə verdi.
Üzündəki bənzərsiz çapqın ifadə, hiyləgər gülümsəmə, yumorlu, amma hüznlü performansı ilə kinoda dəyişik bir bir tip olaraq tanınan Belmondonun bir gözəlliyi də aksiyon filmlərində heç dublyordan istifadə etməməsidir. Bütün təhlükəli səhnələri özü oynamışdır. Ancaq 1985-ci ildə "Hold-Up" filminin çəkilişlərində bir qəza keçirdikdən sonra bunlardan vaz keçmişdir.
Fransız film tarixində özünəməxsus bir yerə sahib olan Belmondo 1963-cü ildə "Fransız Aktyorlar Birliyi" başçısı seçildi. 1988-ci ildə Claude Lelouchun rejissorluq etdiyi "Itinéraire d'un Enfant Gaté"dəki rolu ilə "Ən yaxşı aktyor" nominantı ilə Fransanın "Sezar" mükafatı verildi, ancaq o mükafatı geri qaytardı. Səbəbi isə bu mükafatın dizaynını və öz adını bu mükafata verən heykəltaraş Sezarın bir zamanlar Belmondonun heykəltəraş olan atasının əsərlərini pisləməsi idi.
Belmondo fransızların ən böyük qürur nişanı olan "Legion d'Honneur" ilə mükafatlandırıldı.
1963-cü ildə "30 il və 25 film" adlı otobiyografik kitabını yayımladı. "Cobra" və "Blueberry" kimi bəzi aksiyon cizgi romanlarındakı obrazlar ondan bəhrələnərək yaradılmışdır.
Filmoqrafiya
Paris yanırmı? (film, 1966) / Paris brûle-t-il?
Xarici keçidlər
Kateqoriya:Fransa aktyorları Kateqoriya:"Fəxri Legion" ordeninin komandorları Kateqoriya:XX əsr aktyorları Kateqoriya:XXI əsr aktyorları Kateqoriya:Fransa kinoprodüserləri Kateqoriya:Avtobioqrafiyalar