Raunq vulkanı () — İndoneziyanın Yava adasında yerləşən ən aktiv vulkanlardan biri.
Vulkan Şərqi Yava əyalətində yerləşir və 2 km genişliyində, 500 metr dərinliyində və krater kənarları ilə əhatə olunmuş kalderaya sahibdir. Hündürlüyü dəniz səviyyəsindən 3332 metr yüksəklikdədir.
Vulkanla bağlı ilk qeydə alınan püskürmə 1586-ci ilə aiddir. 1586-1817-ci illərdə vulkan 5 dəfə püskürmüşdür. Sonucu püskürmə 2015-ci ilin aprel ayında başlamışdır və püskürmə hələ də davam edir. Vulkanın son püskürməsi 5 hava limanının bağlanmasına səbəb olmuşdur.
Qalereya
İstinadlar
Kateqoriya:İndoneziyadakı stratovulkanlar Kateqoriya:Asiya dağları