Seyid Məmiş — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonu ərazisində kənd.PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2

Tarixi Seyid Məmiş kəndi rayondan 1920 km şiaml-qərbdə, Səlim çayının sahilində, rayondakı Ağkənd kəndinin yaxınlığında yerləşirdiErmənistan azərbaycanlılarının tarixi coğrafiyası, Bakı, «Gənclik», 1995. s.365.

Toponim seyid nəsil adı ilə Məmiş şəxs adı əsasında yaranmışdır. «Seyid nəslindən olan Məmişin kəndi» mənasını bildirir. Antorpotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Seyid Məmiş kəndi 1919-cu ildə əhalisi qovulduqdan sonra kənd dağıdılmışdır. Kənd oradakı "Seyid Məmiş piri"nin adı ilə adlandırılmışdır.B.Ə.Budaqov, Q.Ə.Qeybullayev. Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti. Bakı, 1998.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Şərur-Dərələyəz qəzasının kəndləri