Samurlu — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Qızılqoç (Qukasyan) rayonunda kənd.PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 696 səh. ISBN 5-8066-1452-2
Tarixi 1937-ci ilə kimi Ağbaba rayonunun tabeliyində olmuşdur. Rayon mərkəzindən 35 km məsafədə yerləşir.
Toponim Toponim qədim türk mənşəli samur etnoniminəГлинка С.Н. Описание переселения армян азербайджанских в пределе России, Баку, "Элм", 1990. s.56 mənsubluq bildirən -lu şəkilçisinin artırılması ilə düzəlib, "samur tayfasına mənsub yer" deməkdir. Qədim türkmənşəli Samur tayfasının adını əks etdirir. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 12. XI.1946-cı il fərmanı ilə adı dəyişdirilib Sarapat qoyulmuşdur. Azərbaycan-Dağıstan sərhəddində Samur çayının (İlk dəfə çayın adı 1386-cı ildən mə’lumdur) adı ilə mənşəcə eynidir.
Əhalisi 1890-cı ildə kəndin əhalisi qovulmuş və ermənilər yerləşdirilmişdir.
İstinadlar
Kateqoriya:Ağbaba kəndləri Kateqoriya:Şirak mərzinin yaşayış məntəqələri