Ortakənd — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) rayonu ərazisində kənd.İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" , Bakı, "Elm", 2002. ISBN 5-8066-1452-2
Tarixi Arpaçayın sağ qolu olan Başkəndçayın yanında yerləşirdi. Erməni mənbələrində kəndin adı İtqıran Ortakənd formasında göstərilirQorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, «Melkonyan fond», 1932. s.90.
Kənd İtqıran kəndinin yaxınlığında yerləşdiyi üçün toponim «İtqıran Ortakənd» kimi verilmişdir.
Kənd iki kənd ortasında yerləşdiyi üçün Ortakənd adlandırılmışdır. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir.
Əhalisi Kənddə 1897-ci ildə 169 nəfər azərbaycanlı yaşamışdır.Qorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, «Melkonyan fond», 1932. s.90-91
XX əsrin əvvəllərində, 1905-1906-cı illərdə erməni-azərbaycanlı münaqişəsi nəticəsində azərbaycanlılar tarixi-etnik torpaqlarından deportasiya olunmuş və kənd ləğv edilmişdir.
İndi xaraba kənddir.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Şərur-Dərələyəz qəzasının kəndləri