Horbadeğ, Orbatex — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonunda kənd.İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" , Bakı, "Elm", 2002. ISBN 5-8066-1452-2
Tarixi Rayon mərkəzindən 13 km şimal-qərbdə, Erdəpin kəndinin yaxınlığında yerləşir. Kəndin adı erməni mənbələrində Xorvadeğ formasında da qeyd edilirQorqodyan Z. 1831–1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, "Melkonyan fond", 1932. s.92.
Fikrimizcə, kəndin adı türk dilində "çuxur, xəndək", "yarğan" mənalarında işlənən or sözü ilə Севортян Э.В. Этимологический словарь тюркских языков (Общетюркские и межтюркские основы на гласные), М., "Наука", 1974. s.466–467, fars dilində "kənd, qışlaq" mənasında işlənən değ (dex) sözününМурзаев Э.М. Словарь народных географических терминов, М., "Мысль", 1984. s.177Ərəb və fars sözləri lüğəti, Bakı, Azərb. SSR Elmlər Akademiyası nəşriyyatı, 1966. s.139 birləşməsindən əmələ gəlmişdir. Türk dilində "yarğan, çuxur", "xəndək" mənasında işlənən or (hor) sözü erməni dilində xor, xorf formalarında işlənirМурзаев Э.М. Словарь народных географических терминов, М., "Мысль", 1984. s.596.
Toponimin əvvəlindəki "h" samiti əlavə edilmiş səsdir. Or (hor) və değ sözlərinin arasındakı "ba" isə bitişdiricidir. Quruluşca mürəkkəb toponimdir.
Əhalisi Kənddə 1831-ci ildə 35 nəfər, 1873-cü ildə 263 nəfər, 1886-cı ildə 342 nəfər, 1897-ci ildə 406 nəfər, 1904-cü ildə 592 nəfər, 1914-cü ildə 651 nəfər, 1916-cı ildə 503 nəfər yalnız azərbaycanlı yaşamışdırQorqodyan Z. 1831–1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, "Melkonyan fond", 1932. s.92–93, 160–161.
1918-ci ildə kənd ermənilərin təcavüzünə məruz qalaraq sakinləri deportasiya olunmuş və kəndə xaricdən köçürülən ermənilər yerləşdirilmişdir. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalanlar öz yurdlarına qayıda bilmişdir. Burada ermənilərlə yanaşı 1922-ci ildə 38 nəfər, 1926-cı ildə 65 nəfər, 1931-ci ildə 100 nəfər azərbaycanlı yaşamışdır.
Burada yaşayan azərbaycanlılar 1948–1949-cu illərdə SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə, 1988-ci ildə isə Ermənistan dövlətinin xüsusi göstərişi ilə zorla Azərbaycana köçüriilmüşdür. İndi burada ermənilər yaşayır.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Şərur-Dərələyəz qəzasının kəndləri Kateqoriya:Vayots dzor mərzinin yaşayış məntəqələri