Mixail Mesxi adına stadion () — Gürcüstanın Tbilisi şəhərində yerləşən və "Lokomotiv Tbilisi" klubunun ev oyunlarını keçirdiyi stadion.
Haqqında Stadion futbol və reqbi üzrə yarışları qəbul edə bilir. "Lokomotiv Tbilisi" futbol klubu ev oyunlarını bu stadionda keçirir. Futbol üzrə Gürcüstan yığması da bəzən ev oyunlarını burada keçirir. Stadion milliyətcə gürcü, məşhur sovet futbolçusu Mixail Mesxinin şərəfinə adlandırılıb. Stadion Gürcüstanda böyüklüyünə görə ikincidir, birincilik isə həmçinin Tbilisidə yerləşən Boris Payçadze adına Dinamo Arenaya məxsusdur, onun tutumu 55 min tamaşaçı həcmindədir.
Qalereya
Həmçinin bax Boris Payçadze adına Dinamo Arena
Xarici keçidlər
Stadiums.at.ua saytında Sport-arenas.ru saytında Worldstadiums.com saytında
Kateqoriya:2001-ci ildə yarananlar Kateqoriya:Gürcüstan stadionları Kateqoriya:Çoxməqsədli stadionlar