Kaliforniya dəniz şiri, və ya Qara dəniz şiri (Zalophus californianus) — Qulaqlı suiti fəsiləsinin Dəniz şiri yarımfəsiləsinə aid növdür. Əsasən Sakit okean sularında yaşayırlar. ABŞ alimlərinin məlumatına görə sayları 188 min başdırIMPACTS OF CALIFORNIA SEA LIONS AND PACIFIC HARBOR SEALS ON SALMONIDS AND WEST COAST ECOSYSTEMS, U. S. Department of Commerce, National Oceanic and Atmospheric Administration, National Marine Fisheries Service, February 10,1999; p. Appendix-7). İl ərzində 5% artım müşahidə edilirLowry, Mark S. and Karin A. Forney, Abundance and distribution of California sea lions (Zalophus californianus) in central and northern California during 1998 and summer 1999. Fishery Bulletin, Vol. 103, no. 2, pp. 331–343.. Kaliforniya dəniz şirləri asan əhəlləşmə xüsusiyyətinə malikdirlər. Onlar sirk və zooparklarda asanlıqla yaşaya bilirlər. ABŞ donanmasına xidmətə qəbul olunurlar (üzərlərinə müxtəlif qurğular yerləşdirərək)William H. Burt and Richard P. Grossenheider, A Field Guide to the Mammals. Houghton Mifflin Company, Boston. 3rd ed. 1976; p. 83. Fiona A. Reed, A Field Guide to Mammals of North America North of Mexico. Houghton Mifflin Company, Boston. 4th ed. 2006; p. 477..

Xariçi görünüş thumb|left|200px

Kaliforniya dəniz şirinin erkəkləri 2,4 m uzunluğa, 300 km çəkiyə malik olurlar. Dişilər isə 2 metr uzunluğa və 90 kq çəki verirlər. Dişilərin bu cür kiçik ölçüləri onları suitinə bənzədir. Erkəklərdə kəllə iri olur. Bu səbəbdən latın dilində Zalophus californianus yəni " Böyük başlı Kaliforniyalı" mənasını verir.

Yayılması və yaşadığı ərazi Adından göründüyü kimi bu növ əsasən Kaliforniya ərafı ərazilərdə daha geniş yayılıb. Bundan əlavə onlara Oreqon, Britaniya Kolumbiyası, Vaşington və Meksikanın şimal və cənub Sakit okean sahillərində rast gəlinir. Emdemik yarımnöv sayılan Qalapaqos dəniz şiri (Zalophus wollebaeki] və Yapon dənizində yaşayan Yapon dəniz şiri uzun zaman Kaliforniya dəniz şirlərinin cinsinə aid edilirdi. Hazırda isə onlar müstəqil növ hesab edilirlərDon E. Wilson & DeeAnn M. Reeder (editors). 2005. Mammal Species of the World. A Taxonomic and Geographic Reference (3rd ed), Johns Hopkins University Press, 2,142 pp. Online .

Bu növün əsas toplaşma və cütləşmə yerləri Çannel adaları və Müqəddəs Nikolay adaları sahilləri hesab edilir. Cütləşmək üçün partnyoru olmayan dəniz şirləri isə uzaq şimala Britaniya Kolumbiyası sahillərinə üz tuturlar.

Onlar açıq dənizə çox az çıxırlar. Demək olar ki, 10 mildən uzaqlığa üzmürlər. Bu növün əsas düşkənləri Osa və Ağ balinadır.

Çoxalma Əsasən dişilər özgələrinin balalarına qarşı çox aqressiv olurlar. Belə ki onlar başqa balaların yaxınlaşması zamanı dişlərini qıçayır, hürür və balalara hücum edirlər. Dişilərin 6–17% başqalarının balalarını uzun illər ərzində bəsləyirlər.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Dəniz şirləri Kateqoriya:Kanada məməliləri Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:20–24 ID olan Taksonbar