Təzəkənd və ya Tatar Təzəkəndi - İrəvan quberniyasının İrəvan qəzasında, indiki Zəngibasar (Masis) rayonunda kənd.İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" , Bakı, "Elm", 2002. ISBN 5-8066-1452-2
Tarixi Rayon mərkəzindən 6 km məsafədə, İrəvan şəhərinin cənub-şərqində, Buğut dağının ətəyində yerləşir. Kəndin adı sonralar Təzəkənd kimi rəsmiləşdirilmişdirerm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) . Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931). Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.62Hakopyan T.X., MəlikBaxşyan St.T., Barseğyan O.X. Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti, (erməni dilində). I c., AD, İrəvan, «İrəvan Universiteti», 1986. s.235. Qafqazın 5 verstlik xəritəsində Təzəkənd kimiПагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913. s.235 qeyd edilmişdir. Zəngibasar rayonu təşkil edilənədək, 14 yanvar 1969-cu ilə kimi Eçmiədzin rayonunun tabeliyində olmuşdur.
Toponim XIX əsrdə «azərbaycanlı» sözünün sinonimi kimi işlənən tatar etnonimi ilə Təzəkənd («təzə» yeni, «kənd» yaşayış məntəqəsi mənası ifadə edir) oykoniminin birləşməsindən əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. 1920-ci ildə kəndin adı erməni dilinə kalka edilərək Tazagyuğ (kyuğ erməni dilində kənd deməkdir) qoyulmuşdur.
Ermənistan SSR Ali Sovetinin Rəyasət Heyətinin 10 noyabr 1970-ci il fərmanı ilə kəndin adı yenidən dəyişdirilərək Ayntap adlandırılmışdır.
Əhalisi Kənddə 1897-ci ildə 224 nəfər, 1914-cü ildə 75 nəfər yalnız azərbaycanlı yaşamışdırerm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) . Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931). Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.62-63, 138-139.
1918-ci ildə kənd erməni təcavüzünə məruz qalmış və azərbaycanlılar deportasiya olunmuşdur. 1918-1919-cu illərdə Türkiyədən köçürülən ermənilər kənddə yerləşdirilmişdir. Kınddə hazırda ermənilər yaşayır.
İstinadlar
Kateqoriya:Zəngibasar kəndləri Kateqoriya:Ararat mərzinin yaşayış məntəqələri