thumbnail|right|Dəmir pərdə qara/ağ xətt kimi təsvir olunur. Varşava Müqaviləsi Təşkilatı ölkələri Dəmir pərdənin bir tərəfində qırmızı, NATO üzvləri isə digər tərəfdə göy, hərbi cəhətdən bitərəf ölkələr boz rənglə göstərilmişdir. Qara nöqtə Berlindir. Yuqoslaviya baxmayaraq ki kommunist idi, 2 əsas blokun arasında müstəqil olaraq qalmış və yaşıl rənglə göstərilmişdir. Kommunist Albaniya 1960-cı illərin əvvəllərində SSRİ ilə əlaqələri kəsdi, Çin-Sovet ayrılığından sonra Çin Xalq Respublikası ilə qruplaşdı və boz rənglə ştrixlənmişdir. «Dəmir pərdə» — siyasi termin olub, Vinston Çörçill tərəfindən 5 mart 1946-cı ildə onun Fultondakı çıxışı zamanı işlədilmişdir. Çıxış, "soyuq müharibə"nin başlanğıcı üçün siqnal rolunu oynadı.

Dəmir pərdə, ideoloji münaqişə idi və fiziki sərhəd, 1945-ci ildə İkinci dünya müharibəsinin sonundan 1991-ci ildə Soyuq müharibənin bitiminə qədər Avropanı 2 ayrı əraziyə bölürdü. Termin, SSRİ-nin özünü və peyk dövlətlərinin qərblə və sovetlərin nəzarətində olmayan ərazilərlə açıq əlaqədən məhrum etmək səylərini simvolizə edirdi. Dəmir pərdənin şərq hissəsində olan ölkələr, SSRİ-nin təsirində olan ölkələr idi. Dəmir pərdənin digər hissəsindəki dövlətlər isə özlərinin beynəlxalq iqtisadi və hərbi ittifaqlarını inkişaf etdirmişdi:

Qarşılıqlı İqtisadi Yardımlaşma Şurası və Varşava Müqaviləsi Təşkilatına üzv ölkələr, aparıcı dövlət kimi SSRİ ilə Şimali Atlantika Müqaviləsi Təşkilatına üzv ölkələr və aparıcı dövlət kimi ABŞ ilə

Dəmir pərdə, əsasən qitənin mərkəzində Avropa ölkələri arasında sərhəd müdafiələri formasını götürdü. Ən diqqətəlayiq sərhəd, Berlin divarı və bütünlüklə dəmir pərdənin simvolu kimi xidmət edən Çekpoynt Çarli ilə idi.

Dəmir pərdəni dağıdan hadisələr, Polşada narazılıqla başladıSorin Antohi and Vladimir Tismăneanu, "Independence Reborn and the Demons of the Velvet Revolution" in Between Past and Future: The Revolutions of 1989 and Their Aftermath, Central European University Press. ISBN 963-9116-71-8. p.85 . və Macarıstan, Almaniya Demokratik Respublikası, Bolqarıstan, Çexoslovakiya və Rumıniyada davam etdi. Rumıniya, Avropada yeganə kommunist dövləti idi ki, zorla öz totalitar hökumətini devirmişdi.Piotr Sztompka, preface to Society in Action: the Theory of Social Becoming, University of Chicago Press. ISBN 0-226-78815-6. p. x .

Soyuq müharibə ifadəsinin işlədilməsi öncəsi thumbnail|right|"Rusiyanın dəmir pərdəsi arxası" kitabı, 1923-cü il Vinston Çörçillin ifadəni söyləməmişdən öncə "dəmir pərdə" termininin müxtəlif işlədilmə formaları — Rusca: Железный занавес Zheleznyj zanaves; Almanca: Eiserner Vorhang; Çexcə: Železná opona; Slovakca: Železná opona; Macarca: Vasfüggöny; Rumınca: Cortina de fier; İtalyanca: Cortina di ferro; Serbcə: Гвоздена завеса Gvozdena zavesa; Estonca: Raudne eesriie; Bolqarca: Желязна завеса Zhelyazna zavesä. İfadə Traktote Sota 38b-nin "mechitza shel barzel", yəni dəmir maneə və ya ayırıcı kimi istinad etdiyi bizim eranın III və V əsrlərinə aid olan Talmuda gedib çıxır. Belçikalıların kraliçası Yelizaveta, "dəmir pərdə" terminini 1914-cü ildə Birinci Dünya müharibəsi zamanı Belçika və Almaniya arasındakı siyasi durumu təsvir etmək üçün işlətmişdi.L'Album de la Guerre – Ed. L'Illustration – Paris – 1923 – p. 33 – Queen Elisabeth to author Pierre Loti in 1915

Halbuki, "dəmir pərdə" ifadəsinin ilk dəfə işlədilməsi bəlkə də, britaniyalı yazıçı Artur Maken (1863-1947) tərəfindən təyin edilmişdir. O, 1895-ci ildə yazdığı "Üç fırıldaqçı" romanında qeyd etmişdi: ". . . qapı gurultu ilə danqıldadı və mən hiss etdim ki, dəmir pərdə həyatımın qısa dəhlizində düşmüşdü".The Three Impostors, by Arthur Machen, Aegypan Press, Los Angeles(?) 2005, page 60. ISBN 1-59818-437-7. Qeyd etmək yerinə düşərdi ki, rusca mətnin ingiliscəyə tərcüməsi "danqıldamaq" "dəmir pərdə"yə istinadla istifadə edilmişdir və bu göstərir ki, rus yazıçı 23 il sonra nəşr edir, ola bilsin ki, britaniyalı yazıçı ilə tanış olsun.

İlk dəfə Sovet Rusiyasında terminin tətbiqi Vasili Rozanovun 1918-ci ildə qələmə aldığı "Bizim dövrlərin Apokalipsi" əsərində olmuşdur və mümkün idi ki, Çörçill 1920-ci ildə kitabın ingiliscə tərcüməsini oxusun.

Dəmir pərdə termininin ingiliscə işlədilməsi "keçilməz maneə" mənası ilə Sovet Rusiyasının sərhədinə tətbiq edilmiş və 1920-ci ildə Etel Snouden tərəfindən Bolşevik Rusiyasının içindən kitabında istifadə olunmuşdur.Snowden, Mrs. Philip (Ethel). Through Bolshevik Russia. London: Cassell, 1920. p. 32

Gilbert Kit Çesterton, ifadəni 1924-cü ildə The Illustrated London News jurnalında referatla qeyd etmişdi. Çesterton distributizmi müdafiə edirdi.

Termin, həmçinin 1933-cü ildə satirik roman "İngiltərə, onların İngiltərəsi"ndə peyda olur, artilleriyanın piyadanı düşmən hücumundan qoruması ilə bağlı təsvir olunmuşdu: ". . .qərbdəki səma sarı məşəlin alovu idi. Dəmir pərdə aşağıda idi." Sebastian Haffner, 1940-cı ildə Londonda nəşr edilən "Almaniya: Cekil & Hayd" kitabında metaforanı istifadə etmişdi və bu, 1933-cü ildə nasistlərin hakimiyyətə gəlməsi ilə bağlı müzakirənin təqdimatı kimi qiymətləndirilmişdi.

1943-cü ilin mayında Siqnal jurnalında çoxlu dillərdə "Dəmir pərdə arxası" başlıqlı məqalə dərc edilmişdi. Təbliğat naziri Jozef Göbbels həftəlik Reyx qəzetində yazırdı ki, əgər nasistlər müharibəni uduzsa, sovet modelli "dəmir pərdə" Stalin, Ruzvelt və Çörçill arasında Yalta konfransında olmuş razılığa əsasən, yaranacaq.: "Dəmir pərdə, SSRİ tərəfindən nəzarətdə olan və xalqların zülmə məruz qalacağı bu böyük ərazidə dağılar."<ref>Goebbels, Joseph, ""Das Jahr 2000" , Das Reich, 25 February 1945, pp. 1–2.</ref>A New Look at the Iron Curtain, Ignace Feuerlicht, American Speech, Vol. 30, No. 3 (Oct., 1955), pp. 186–189. İlk dəfə şifahi olaraq "dəmir pərdə" 1945-ci ilin 2 mayında Lutz fon Krosigk tərəfindən alman xalqına ünvanlanan müraciətdə qeyd olunmuşdur:

Çörçill, "dəmir pərdə" terminini ABŞ prezidenti Harri Trumenə göndərdiyi 12 may 1945-ci il teleqramında işlətmişdir. 4 iyun 1945-ci ildə də bir teleqramla bu sözləri təkrarlamışdı.

Amerikan mətbuatında ilk dəfə olaraq "dəmir pərdə" ifadəsinə rəy, 23 iyul 1945-ci il tarixində The New York Times qəzetində K.L. Sulzberger tərəfindən verilmiş məlumatda istifadə edilmişdi. O, termini xorvat siyasətçi Vladko Maçek tərəfindən işlədilərkən eşitmişdi.Weintraub, Stanley, "The Last Great Victory", Truman Talley Books, New York, 1995, p. 184

Termin, Çörçill tərəfindən ilk dəfə 1945-ci ilin 16 avqustunda Böyük Britaniya İcmalar palatasında işlədilmişdi.Hansard, House of Commons, c84 , 16 August 1945 vol 413

Soyuq müharibə dövründə Ziddiyyətlər thumbnail|right|"Dəmir pərdə"nin qalıqları, Bratislava, Slovakiya thumbnail|right|Çexiyada "dəmir pərdə"nin qorunan hissəsi Antanta və İttifaq dövlətləri, 1918-1920-ci illərdə baş vermiş Rusiya vətəndaş müharibəsi ərzində bolşeviklər əleyhinə Bəyaz Orduya arxa durmuşdu və SSRİ bunu unutmamışdı.

1939-cu ilin yayı ərzində, həm Böyük Britaniya – Fransa qrupu, həm də Almaniya ilə potensial hərbi və siyasi sazişlərlə bağlı danışıqlardan sonra, SSRİ və Almaniya Alman-Sovet ticarət sazişi və Molotov-Ribbentrop paktını (iki dövlət arasında Polşa və Şərqi Avropanın bölüşdürülməsi ilə bağlı gizli protokol daxil olmaqla) iki ölkənin xarici işlər nazirləri olan Vyaçeslav Molotov və İoaxim fon Ribbentrop arasındakı görüşdən sonra imzalanmışdı.Day, Alan J.; East, Roger; Thomas, Richard. A Political and Economic Dictionary of Eastern Europe, p. 405.

SSRİ, Polşanın şərqini (sentyabr 1939-cu il), Latviyanı (iyun 1940-cı il), Litvanı (1940-cı il), Rumıniyanın şimalını (Bessarabiya və Şimali Bukovina, iyunun sonu 1940-cı il), və Finlandiyanın şərqini (mart 1940-cı il) işğal etdi. 1939-cu ilin avqustundan etibarən, Qərb və SSRİ arasında münasibətlər, SSRİ-nin Almaniyaya neft, kauçuk, manqan və digər maddi resurslar, əvəzində isə alman silahları, mexaniki avadanlıqlar alması bu ölkələr arasında ekstensiv iqtisadi münasibətlərin artmasına şərait yaratdığından pisləşmişdi. Nasist-Sovet ticarəti, 1941-ci ilin iyununda Almaniyanın müqaviləni pozması və Barbarossa əməliyyatı ilə SSRİ-ni işğala başlaması nəticəsində sonlandı.

İkinci dünya müharibəsi əsnasında, Stalin Almaniyaya qarşı bufer ərazi formalaşdırmağı qətiləşdirmişdi. Stalinin məqsədləri, Yalta konfransı və sonrakı Potsdam konfransında gərgin münasibətlərə şərait yaratdı. Qərbdə insanlar, bufer dövlətlər üzərindəki Sovet dominantlığına qarşı idi və SSRİ-nin onlara və onların maraqlarına hədə ola bilən imperiya qura biləcəyindən qorxurdular.

Potsdam konfransında, müttəfiqlər Polşa, Finlandiya, Rumıniya, Almaniya və Balkanların Sovet nəzarətinə və təsirinə keçməsini təyin etdilər. Müharibə ərzində Sovet əməkdaşlığına baxmayaraq, bu imtiyazlar Qərbi çox çətinliyə saldı. Xüsusilə, Çörçill qorxurdu ki, ABŞ müharibə öncəsi təcridə qayıda bilər və bu vəziyyət zəif Avropa dövlətlərini SSRİ qarşısında qoya bilərdi (Prezident Franklin Ruzvelt Yaltada elan etmişdi ki, Almaniyanın məğlubiyyətindən sonra, ABŞ qüvvələri 2 il ərzində Avropadan geri çəkiləcək).Antony Beevor Berlin: The building of the Berlin Wall, p. 80

Dəmir pərdə nitqi thumbnail|right|Çörçillin "dəmir pərdə"ni Vestminster kollecində təsvir etməsi. Vyana, Avstriyanın Sovet işğalı zonasında yerləşdiyindən "dəmir pərdə"nin arxasındadır. Vinston Çörçillin Vestminster kollecində 1946-cı ilin 5 martında Fulton çıxışında etdiyi nitqdə "dəmir pərdə" termini, Şərqi Avropa üzərindəki Sovet dominantlığı kontekstində istifadə edilmişdi:

Baltikdə Şetsindən Adriatikdə Triestə "dəmir pərdə" qitəni bölür. Bu xətt ilə Mərkəzi və Şərqi Avropanın qədim dövlətlərinin bütün paytaxtları uzanır. Varşava, Berlin, Praqa, Vyana, Budapeşt, Belqrad, Buxarest və Sofiya; bu məşhur şəhərlərin hamısı və insanları, mənim Sovet zonası adlandırmalı olduğum yerdədir və hamısı təbəədir, yalnız Sovet təsiri deyil, bəzi hallarda Moskvanın nəzarəti artır.

Çörçillin "dəmir pərdə" barəsində coğrafi təsviri, Almaniya və Avstriyanın Sovet işğalı zonalarında Berlin və Vyana şəhərləri yerləşdiyinə görə ikimənalı idi, sonra ABŞ, Böyük Britaniya, Fransa və Sovet işğalı zonalarına bölündü, lakin Sovet təsiri altında olan ərazilərdə yerləşdiyindən blokadaya düşmüşdü. Lakin, Çörçill Oder-Neyse xəttinin şərq hissəsində yerləşən Şetsin şəhərini "dəmir pərdə"nin Baltikdəki dayanacağı kimi qələmə vermişdi.

Çörçillin Fulton çıxışı, SSRİ-nin tənqidinə məruz qalmışdı. ABŞ – SSRİ əməkdaşlığı iflasa uğradı və sonra ABŞ prezidenti Harri Trumen anti-kommunizm xətti siyasətini tətbiq etməyə başladı. Sonra bu ifadə məşhur oldu və Qərb ölkələrində anti-Sovet İttifaqı təbliğat termini kimi istifadə edildi.

Siyasi, iqtisadi və hərbi reallıqlar Şərq bloku thumbnail|right|Şərq blokunun xəritəsi Dəmir pərdə, Şərqi Avropa və Mərkəzi Avropanın çox hissələrinin SSRİ-nin hegemonluğu altında qaldığı yerdə idi (Qərbi Almaniya, Lixtenşteyn, İsveçrə və Avstriya istisna olmaqla). SSRİ ilhaq etmişdi:

Estoniya LatviyaSenn, Alfred Erich, Lithuania 1940 : revolution from above, Amsterdam, New York, Rodopi, 2007 ISBN 978-90-420-2225-6 Litva

Almaniya, Molotov-Ribbentrop paktı ilə bu ərazilər üzərində nəzarəti Moskvaya vermişdi.

Digər ilhaq edilmiş ərazilər:

Polşanın şərqi (Ukrayna SSR və Belarusiya SSR) Finlandiyanın şərq hissəsi (Karel-Fin SSR)Kennedy-Pipe, Caroline, Stalin's Cold War, New York : Manchester University Press, 1995, ISBN 0-7190-4201-1 Rumıniyanın şimal hissəsi (Moldova SSR) Kalininqrad vilayəti (Şərqi Prussiyanın şimal hissəsi, 1945-ci ildə tutulmuşdu).

1945-ci və 1949-cu illər arasında SSRİ aşağıdakı əraziləri kukla dövlətlərə çevirmişdi:

Almaniya Demokratik Respublikası Bolqarıstan Xalq Respublikası Polşa Xalq Respublikası Macarıstan Xalq RespublikasıGranville, Johanna, The First Domino: International Decision Making during the Hungarian Crisis of 1956, Texas A&M University Press, 2004. ISBN 1-58544-298-4 Çexoslovakiya Sosialist Respublikası Rumıniya Sosialist Respublikası Albaniya Sosialist Xalq Respublikası