Anton Stepanoviç Arenski (; ) — rus bəstəkarı, pianoçu, dirijor və pedaqoq.

Həyatı Anton Stepanoviç Arenski 12 iyul 1861-ci ildə Novqorod şəhərində anadan olmuşdu. O, kiçik yaşda fortepiano çalmağı öyrənmişdi. 1882-ci ildə Peterburq konservatoriyasını (N. A. Rimski-Korsakovun sinfini) bitirmiş, 1882–94-cü illərdə Moskva konservatoriyasında dərs demişdir (1889-cu ildən prof.) Anton Arenski 25 fevral 1906-cı ildə Finlandiya, Terioki yaxınlığında vəfat edib.

Əsərləri Romans, fp. miniatürləri, "Volqada yuxu" (1888), "Rafael" (1894), "Nal və Damayanti" (1903) operalarının,"Misir gecələri" (1900) baletinin, 2 simfoniya (1883, 1889) və s.əsərlərin müəllifidir. Əsasən, lirik, həzin, xəyalı obrazlara meyil göstərmiş, rus xalq mahnı janrından yaradıcı istifadə etmişdir.

İstinadlar

Xarici keçidlər Works by or about Anton Arensky Anton Arensky

Kateqoriya:Veliki Novqorodda doğulanlar Kateqoriya:Zelenoqorskda vəfat edənlər Kateqoriya:Vərəm xəstəliyindən ölənlər Kateqoriya:Rusiya kişi bəstəkarları Kateqoriya:Rusiya imperiyasının bəstəkarları Kateqoriya:XX əsr pianoçuları