Sao () və ya Neptun XI Neptunun düz istiqaqmətdə dönən düzənsiz peyklərindən biridir. Peyk Metyu Holman və bir neçə alim tərəfindən 4 Avqust 2002-ci ildə kəşf edilmişdir. thumb|left| Neptunun düzənsiz peykləri
Sao təxminən 22.4 milyon km məsafədə Neptunun orbitində fırlanır və diametri təxminən 44 kilometrdir.
Neptunun düzənsiz peykləri ilə bağlı diaqramda Sao olduqca meylli və orta ekssentrik orbit ilə təsvir olunmuşdur.Üfiqi oxdan yuxarıda olan peyklər düz (prograde),ondan aşağıda olan peyklər isə əks (retrograde) istiqamətdə dönür.Sarı seqment orbitinin ekssentrisitetini göstərir.
Sao Neptunun xarici peyklərinin bir çoxu kimi Nereidlərin birinin adı ilə adlandırılıb.3 Fevral 2007-ci ildə (İAUC 8802) onun adı elan olunmazdan əvvəl Sao S/2002 N 2 adı ilə əvvəlcədən məlum idi.
İstinadlar
Xarici keçidlər Matthew Holman's Neptune's page David Jewitt's pages Scott Sheppard's pages
Həmçinin bax
Kateqoriya:2002-ci ildə kəşf edilmiş astronomik obyektlər Kateqoriya:Neptunun peykləri