Elektromioqrafiya qısa olaraq EMQ — sinir və eninəzolaqlı əzələlərin elektrik potensiyallarının ölçülməsinə yönəlmiş nevroloji müayinə metodudur. Boyun ve bel yırtığı, yan amiotrofik skleroz , miopatiyalar ,miasteniya , neyropatiyalar , periferik sinirlərin zədələnmələri zamanı tətbiq olunur. Elektroneyromioqrafiyanın cüzi elektrik cərəyanla stimulyasiya zamanı:
1.Əzələlərin birbaşa oyanıqlığı qabiliyyəti öyrənilir;
2.Sinirin hərəki (efferent) hissəsinin (motoneyronlar və onların aksonları) vəziyyəti qiymətləndirilir;
3.Periferik sinirlərin hissi (afferent) liflərinin vəziyyəti qiymətləndirilir;
4.Sinir-əzələ sinapslarının ötürülmə qabiliyyəti qiymətləndirilir.
İstinadlar
Kateqoriya:Tibbi diaqnostika Kateqoriya:Nevrologiya Kateqoriya:Neyrofiziologiya