Körpüçay () — Türkiyənin Antalya əyalətindən axan çay.

Ətraflı məlumat Körpüçay Türkiyə Respublikasının İsparta əyalətində Tavr dağlarından başlayıb dar və dərin kanyonlarla Serik düzənliyindən keçərək Aralıq dənizinə tökülür. Çay karst suları ilə qidalanır. Çayın aşağı axarında Qocadərə və Sağırı dərələri var. Əvvəlcə geniş vadidə axan su Bolhasan kəndindən dar kanyona daxil olur. Selik düzənliyinə və ordanda Aralıq dənizinə tərəf istiqamətlənir.Çalışma alanının su kaynakları SERİK OVASINDA (ANTALYA) NLEAP BİLGİSAYAR MODELİ İLE SİMULE EDİLEN NİTRAT YIKANMA GÖSTERGELERİNİN UZAYSAL DEĞİŞKENLİĞİ.

Çayın üzərində 96 MW gücünə malik Beşqonaq II Hidroelektrik stansiyası quraşdırılıb. Çayın Bolasan kəndi və Beşqonaq ərazisindən yerləşən hissəsində Körpülü Kanyon Milli ParkıKöprülü Kanyon Milli Parkı ANTALYA İL ÇEVRE DURUM RAPORU. csb.gov.tr. 2011. təşkil edilib. Bu park əhəmiyyətli rafting mərkəzlərindən biridir.

Tarixi Körpüçay üzərində iki qədim körpü var. Oluk körpü II əsrə aid olduğu ehtimal edilir. Körpü Roma arxitekturasında inşa edilib. Bu körpü qədim vaxtlarda Pisidiya əyalətinin Selge və Pednelissos bölgələri ilə Pamfiliya əyalətinin Aspendos və Side bölgələrini birləşdirdiyi üçün olduqca əhəmiyyətlidir. Aspendos və Side şəhərlərini birləşdirən körpü Belkıs körpüsü adlanır. Körpü IV əsrdə Romalılar tərəfindən tikilmiş və günümüzə qədər çatmışdır.

İstinadlar

Kateqoriya:Türkiyə çayları Kateqoriya:Antalya ili