Cəld kərtənkələcik () — Kərtənkələcik fəsiləsinə aid kərtənkələ növü.

Xariçi görünüşü Kiçik ölçülü olub 10,5 sm uzunluğa malik olurlar. Quyruqları 1,5–2 dəfə uzun olur. Rəngi və üzərindəki ləklər fərqli olur. Yuxarı hissəsi boz və qum rəngində olur. Üzərində isə qara və parlaq ləkələrlə örtülü olur. Qarın nahiyəsi ağ rəngdə olur.

Həyat tərzi Əsasən səhra, yarımsəhra və dağlarda yayılırlar. Onlara 1700 m yüksəkliklərdə belə yayıla bilir. Bərkimiş qumlarda gəmiricilərin yuvalarında gizlənir və yuva qururlar. Hörümçəklər, Cücülər və digər onurğasızlarla qidalanırlar. Mövsüm ərzində 2–3 dəfə yumurta qoya bilirlər. 2–9 yumurta qoyurlar (ölçüləri 1,3–1,5 sm).

Yayıldığı ərazilər Cəld kərtənkələlər Cənubi Qafqazın şərq hissəsində (Gürcüstanın şərqi və Azərbaycan), şimali İran, Dağıstan, Qazaxıstan və Mərkəzi Asiya, Əfqanıstanın şimalı, Monqolustan və Çin ərazilərində yayılmışdır.

Yarımnövləri

İstinadlar

Xarici keçidlər

Cəld kərtənkələcik

Kateqoriya:Kərtənkələlər Kateqoriya:İran sürünənləri Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:1771-ci ildə təsvir edilən heyvanlar Kateqoriya:Peter Simon Pallas tərəfindən adlandırılmış heyvan taksonları