Adi pişik ilanı () — Suilanıkimilər fəsiləsinə aid növ.
Bədəninin uzunluğu 60–70 sm, maksimal uzunluğu — 100 sm-dir. Bədəninin aşağı nahiyəsi ağ rəngdə olur. Əsasən daşlı yaylıqlarda, otluqlar və kolluqlarda, yarımsəhrada və dağ meşələrində yayılır. Onlara 1700–1800 metr yüksəkliklərdə belə rast gəlinir. Onlar gecə və gündüz radələlərində aktiv olur. İsti yay ayları isə ancaq gecə saatları aktiv olur. Ağaclara və ev damlarına rahat çıxa bilirlər. Əsasən kərtənkələlər, gəmiricilər və quşlarla qidalanırlar. İyun ayının sonu və iyulun əvvəllərində 6–9 (10–13 х 27–35 mm) yumurta qoyurlar. Sentyabrda balalar yumurtadan çıxır.
Onlara Balkan yarımadası, Egey dənizi və Aralıq dənizi adalarında, İtaliya, Xorvatiya, Türkiyə, Azərbaycan, Gürcüstan, Ermənistan, İsrail, Suriya və Dağıstan ərazilərində rast gəlinir.
Ədəbiyyat Buchert, I. & Buchert, P/ 2011. Die Gaviola-Lagune. Elaphe 19 (1): 26–32
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Suilanıkimilər Kateqoriya:1831-ci ildə təsvir edilən sürünənlər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Azərbaycan faunası Kateqoriya:Avrasiya sürünənləri Kateqoriya:Avropa sürünənləri