Qar bəbiri mükafatı — çox təcrübəli alpinistlərə verilən SSRİ alpinizm mükafatı. Mükafat hələ də Müstəqil Dövlətlər Birliyində tanınır. Mükafatı əldə etmək üçün keçmiş SSRİ-də yerləşən yüksəkliyi 7000 metrdən çox olan beş zirvənin hər biri fəth edilməlidir.

Bu zirvələrdən üçü Tacikistanın Pamir dağlarında yerləşir: İsmayıl Samani zirvəsi (keçmiş adı Kommunizm zirvəsi) 7 495 m, Korjenevskiy zirvəsi 7 105 m və Qırğızıstan-Tacikistan sərhəddində yerləşən İbn Sina zirvəsi (keçmiş adı Lenin zirvəsi) 7 134 m. Digər iki zirvə isə Tyan-Şan dağlarında yerləşir: Jeniş Çokusu (keçmiş adı Pobeda zirvəsi və ya Qələbə zirvəsi) 7 439 m və Qırğızıstan-Qazaxıstan sərhəddində yerləşən Xan-Tenqri zirvəsi 7 010 m.

Xan-Tenqri zirvəsinin geoloji hündürlüyü 6 995 metrdir, ancaq onun buz örtüyü ilə birlikdə hündürlüyü 7 010 metrə çatır. Bu səbəbə görə alpinizm dairələrində və SSRİ-də Qar bəbiri mükafatı kriteriyasında bu dağ hündürlüyü 7 000 metrlik zirvə sayılır.

1961-ci ildən 2024-cü ilə qədər 705 nəfərə bu mükafatı qazanıb.

Rekordlar Boris Korşunov (Rusiya, Moskva) – mükafatı 9 dəfə qazanıb. Boris Korşunov (Rusiya, Moskva) – sonuncu dəfə mükafatı 69 yaşında qazanıb. Andrzej Bargiel (Polşa) — 29 gün 17 saat 5 dəqiqə (2016-cı ilin yayı)

İstinadlar

Xarici keçidlər summitpost.org http://russianclimb.com/snowleopard/table.htm

Kateqoriya:SSRİ mükafatları Kateqoriya:Alpinizm Kateqoriya:Dağ zirvəsi – yeddiminliklər Kateqoriya:SSRİ tarixi