() — aləminin tipinin sinfinin dəstəsinin fəsiləsinin cinsinə aid heyvan növü.

Təsviri Böcəyin bədəninin uzunluğu 15-21 mm-dir rəngi parlaq bürüncüdür. Qanadüstlükləri yaşıl parıltıya malikdir, üzəri boylama nöqtəli – şırımlıdır. Bədəninin alt tərəfi ağ tükcüklərlə örtülüdür, pəncələri uzundur.

Yayılması və Sayı İran, Türkmənistan, Azərbaycan (Talış, Samux). 1927-ci ildə V.Nazarova tərəfindən Lənkəranda 8 fərd, 1936-cı ildə A.V.Boqaçev tərəfindən Lənkəranda 3 fərd, 1940-cı ildə E.Hauser tərəfindən Samuxda 1 fərd qeydə alınmışdır. Son illərdə rast gəlinməmişdir.

Həyat tərzi Azərbaycanda Hirkan tipli meşələr və Talış dağlarının orta dağlıq zonası, rütubətli palıd meşələri. Ekologiyası ətraflı öyrənilməmişdir. Çox güman ki, böcək və onların sürfələrinin inkişafı şabalıd yarpaqlı palıdla əlaqədərdir.

Qorunması üçün qəbul edilmiş tədbirlər Təbii şəraitdə nəslinin kəsilməsi ehtimalı vardır. Hirkan Milli Parkında qorunur. Azərbaycanın Qırmızı kitabının I nəşrinə daxil edilmişdir.

Qorunması üçün məsləhət görülmüş tədbirlər Böcəyin Hirkan Milli Parkından kənarda olan yaşayış yerlərinin də qorunmasını təşkil etmək, onun sayi və yayılma arealı barədə yeni məlumatların əldə edilməsi üçün hər il yasayis ərazilərinə monitorinqlər təşkil edilməlidir.

İstinadlar

Həmçinin bax