Budapeşt Texnologiya və İqtisadiyyat Universiteti (, və ya qısaca Műegyetem, rəsmi qısaldılması BME), Macarıstanın ən qabaqcıl və dünyanın ən qədim texnologiya universitetidir. Universitetin əsası 1782-ci ildə qoyulub. BME-nin 110-dan çox departamenti və institutları, səkkiz fakültəsi var. Universitetdə təxminən 1100 mühazirəçi, 400 araşdırmaçı və digər dərəcəli müəllimlər, çoxlu sayda dəvət olunmuş mühazirəçilər və təcrübə keçən mütəxəssislər təhsil verir və araşdırmalar aparır. Son illərdə universitetin 25 000 tələbəsindən təxminən 1000-dən çoxu dünyanın dörd bir tərəfində yerləşən 50-dən çox xarici ölkədən gəlir. Macarıstanda mühəndislik üzrə hazırlanan mütəxəssislərin 70 faizi BME-nin payına düşür.

Tarixi thumb|Budapeşt Texnologiya və İqtisadiyyat Universitetinin əsas kampusunun 1909-cu ildə çəkilmiş fotosu|487x487px 1635-ci ildə Macarıstanın baş arxiyepiskopu Peter Pazman (Péter Pázmány), Nacsombat (Nagyszombat) şəhərində Macarıstanın ilk Yeni Əsr Universitetinin əsasını qoyur. XVIII əsrin sonlarında universitet Budaya köçür və Buda Universteti adlanmağa başlayır. 1782-ci ildə imperator II İosif (Joseph II), Buda Universitetində Liberal İncəsənət fakültəsinin bir hissəsi kimi Həndəsə İnstitutunun (Institutum Geometricum) əsasını qoyur. Budapeşt Texnologiya və İqtsadiyyat Universitetinin sələfi olan bu İnstitut, Avropada torpaq araşdırması, çay nəzarəti və yol tikintisi üzrə təhsil alan tələbələrə mühəndislik dərəcəsi verən ilk təhsil müəsssəsidir. 1850-ci ildə Həndəsə İnstitututu, İosif Texnologiya Kolleci ilə birləşir və beş il sonra birləşmiş institutlar Kral İosif Politexnik İnstitute adlanmağa başlayır. Latın dilinin macar dili ilə əvəz edildiyndən sonra 1862-ci ildə Kral İosif Politexnik institutu, Kral İosif Universiteti adlanmağa başlayır. Tezliklə Kral İosif Universiteti tam muxtariyyat əldə edir və beş il təhsil alanlara mühəndislik diplomlarının verilməsi haqqını qazanır. Universitet, mühəndisləri universitet səviyyəsində hazırlayan Avropada ilk institutlardandır. XX-ci əsrin əvvəllərində Kral İosif Universiteti, "Doctor Rerum Technicarum" adlı doktorluq dərəcəsini təltif etmək hüququna malik olur. 1925-ci ldə ilk dəfə qadın tələbələr qəbul olunur və 1939-cu ildə Davamlı Təhsil İnstitutu qapılarını tələbələr üçün açıq edir. 1949-cu ildə "Budapeşt Texniki Universiteti" adı rəsmləşir. O zaman universitet bu fakültələrdən ibarət idi: Mülki Mühəndislik, Mexanika Mühəndisliyi, Memarlıq, Kimya Mühəndisliyi və Elektrik Mühndisliyi (yaranma tarixlərinə uyğun olaraq). Altı il sonar Nəqliyyat Mühəndisliyi Fakültəsinin əsası qoyulur. 1984-cü ildə isə ingilis dili macar dili kimi təlim və tədris dili kimi seçilir. 1994-cü ildə Budapeşt Texniki Universiteti, Macarıstanda kredit sistemi tətbiq edən ilk universitetlərindən biri olur. Universitet, Avropa Kredit Transfer Sisteminə (European Credit Transfer System (ECTS) uyğun olaraq öz akkreditə olunmuş akademik proqramlarına kredit təyinatını tətbiq etməyə başlayır. 1998-ci ildə Təbii Elmlər və İqtsadiyya və Sosyal Elmlər Fakültələrinin əsasları qoyulur. Sonda, 2000-ci ildə Universitetin adı rəsmi olaraq Budapeşt Texnologiya və İqtisadiyyat Universitetinə dəyişilir.

Strukturu 625x625px|thumb|Ali məktəbin əsas binasıBudapeşt Texnologiya və İqtisadiyyat Universiteti, mərkəzi büdcə institutu olaraq dövlət balansında fəaliyyət göstərən ictimai ali təhsil institutudur. Onun təsisat nizamnaməsi, İnsan Resursları Naziri tərəfindən verilib. Qanunlara uyğun olaraq, universitetin təşkilatıçılıq və əməliyyat şərtləri onun öz nizamnaməsində göstərilib.

Universitetin əsas qurumu, onun Senatıdır.The organizational structure of BME . bme.hu BME, fakültələrə bölünür. Təhsil, araşdırma, innovasiya və birbaşa əlavə xidmətlər, fakültələr tərəfindən aparılır. Fakültələr arası iş bölümü, təhsil və texnolgiya sahələri üzrə bölünür. Fakültələr, dekanların idarələri və digər ofislər tərəfindən idarə edilən departamentlər, institutlar, araşdırma mərkəzlərindən ibarətdir. İdarəçilik, Rektor və Kansler idarələri tərəfindən dəstəklənir.

Universitet tərəfindən əsası qoyulan və ya Universitetin sahib olduğu digər təşkilatlar var. Həmçinin, Universitetə rifah institutları, tələbə və ya müəllim qrupları və digər təşkilatlar bağlıdır.

Rektor, Universitetin baş idarədarı və təmsilçisidir. Kansler, Universitetin fəaliyyət göstərməsini, texniki şəraitləri, idarəetməni, maliyyə idaretməni təmin edir. Rektor və Kansler, strateji qərarlarları hazırlamaq üçün müntəzəm olaraq İdarə Heyətinin görüşlərini təşkil edir. İş əlaqələri, İnsan Resursları Qaydalarının Əlavəsində tənzimlənir.

Fakültələr və tədris olunan ixitsaslar

Yaranma tarixlərinə uyğun olaraq Universitetin fakültələri: 1. Mülki Mühəndislik Fakültəsi (ÉMK) Geodeziya və Tədqiqat İnşaat Materialları və Geologiya Mühəndisliyi Fotoqrammetriya və Geoinformatika Geotexnika Struktur Mühəndisliyi Memarlıq Mühəndisliyi Struktur Mexanika Structural Engineering Magistral və Dəmiryol Mühəndisliyi Hidravlik və Su Resursları Mühəndisliyi Sanitar və Ətraf Mühit Mühəndisliyi

2. Mexaniki Mühəndislik Fakültəsi (GPK)

Material Elmlər və Mühəndisliyi departamenti Maye Mexanikası departamenti Enerji Mühəndisliyi departamenti İnşaat Xidməti Mühəndisliyi və İstehsalat Mühəndisliyi; Maşın və Sənaye Məhsulu Tərtibatı (Dizaynı) departamenti

İstehsal Elmi və Mühəndisliyi departamenti Hidrodinamik Sistemləri departamenti Mekatronik, Optik və Məlumat (İnformasiya) Mühəndisliyi departamenti Tətbiqi Mexanika departamenti Polimer Mühəndisliyi departamenti

3. Memarlıq Fakültəsi (ÉPK)

İnşaat Texnologiyası və İdarəçiliyi departamenti Memarlıq Təsviri departamenti Memarlıq və Abidələr Tarixi departamenti İnşaat Energetikası və İnşaat Xidmətləri departamenti Termal Fizika Labortoriyası Tikinti Kontruksiyaları departamenti; Tikinti Akustikası Laboratoriyası

Sənaye və Təsərrüfat Tikinti Tərtibatı (Dizaynı) departamenti İctimai İnşaat Tərtibatı (Dizaynı) departamenti Yaşayış binaları inşaatı departamenti Tərtibat (Dizayn) departamenti Mexanika, Materiallar və Struktur departamenti Şəhər Tətqiqatları departamenti

4. Kimya Texnologiyası və Biotexnologiya Fakültəsi (VBK)

İnorqanik və Analitik Kimya departamenti Fizika Kimyası və Material Elmlər departamenti Orqanik Kimya və Texnologiya epartamenti

Kimya və Ətraf mühiti Mühəndisliyi departamenti Tətbiqi Biotexnologiya və Qida Elmləri departamenti

5. Elektrik Mühəndisliyi və İnformatika Fakültəsi (VIK) Avtomatlaşdırma və Tətbiqi İnformatika Elektronik Texnologiya Elektron Cihazlar Şəbəkələşmiş Sistemlər və Xidmətlər departamenti Nəzrət Mühəndisliyi və İnformasya Texnologiyası Ölçü və İnformasiya Sistemləri Kompüter Elmi və İnformasiya Nəzəriyyəsi Genişzolaqlı İnfokommunikasiya və Elektromaqnetik Nəzəriyyə Telekommunikasiya və Media İnformatikası Elektrik Enerjisi Mühəndisliyi

6. Nəqliyyat Mühəndisliyi və Minik Vasitəsi Mühəndisliyi fakültəsi (KSK)

Material Emalı və Logistika Sistemləri Departamenti; Avtomobil və Minik vasitəsi İstehsalatı departamenti Minik vasitələr elementləri və Minik vasitələrinin struktur analiz departamenti

Nəqliyyata və Minik vasitələri sistemlərinə Nəzarət departamenti Nəqliyyat Texnologiyası və İqtisadiyyatı departamenti Aeronavtika, Donanma memarlığı və Dəmiryol minik vasitələri departamenti

7. Təbii Elmlər Fakültəsi (TTK) Riyaziyyat İnstitututu Cəbr departamenti Təhlil departamenti Fərqli tənliklər departamenti Həndəsə departamenti Stokastik departamenti Nüvə Texnikaları İnstitutu Nüvə Texnikaları departamenti Nüvə Enerjisi departamenti Fizika İnstitutu Atom Fizikası departamenti Fizika departamenti Nəzəriyyə Fizikası departamenti İdrak Elmləri departamenti

8. İqtisadiyyat və Sosyal Elmlər fakültəsi (GTK)

Tətbiqi Pedaqogika və Psixologiya İnstitutu Erqonomika və Psixologiya departamenti Texniki Təhsil departamenti Davamlı Mühəndislik Təhsili mərkəzi Bilik İnnovasiyası və tədris mərkəzi; İqtisadiyyat Elmləri İnstitutu Ətraf mühiti İqtisadiyyatı departamenti İqtisadiyyat departamenti Sosyal Elmlər İnstitutu Fəlsəfə və Elm tarixi departamenti Sosiologiya və Kommunikasiya departamenti Biznes Elmləri İnstitutu

İdarəçilik və Korporativ İqtisadiyyat departamenti Maliyyə və Mühasibat departamenti Biznes Hüququ departamenti Müasir Dillər Mərkəzi BME Dil Araşdırması Mərkəzi İngilis dili departamenti Alman dili departamenti Roman Dilləri departamenti Macar dili bölməsi Slavyan dilləri bölməsi Fiziki Təhsil mərkəzi

Reytinqi thumb|Ali məktəbin auditorialarından biri|432x432pxBudapeşt Texnologiya və İqtisadiyyat Universiteti, ali təhsil qurumları arasında daim beynalxalq reytinqlərdə qabaqcıl yerlərdə olub. Bu reytinqlər universitetlər barədə tam etibarlı göstəricilər olmasa da, dünyanın ən yaxşı universitetləri ilə metodologiya və standartlar əsasında müqayisə aparmaq olar. Fərqli reytinqlər xüsusi metodlar və fərqli məlumat bazalarına malikdirlər. Məsələn, elmi tanınma Nobel mükafatlarının sayına, nəşrlərin məlumatlarına (Web of Science, Scopus citations), patentlərin sayına (WIPO, Patstat) görə ölçülür. Bu mənada həmçinin universitetlər barədə daxili məlumatlar da nəzərə alınır (fakültə, tələbələr və s.).

Times Higher Education-a əsasən BME, dünyanın 800 ən yaxşı universitetləri arasındadır. "Times Higher Education Rakings"in yazarı Phil Bathy Universitetə göndərdiyi məktubda BME-ni 601–800 yerlərə daxil edib. Araşdırmaya əsasən, BME sənaye gəlirinə və bilik transferinə görə ən yaxşı universitetlərdəndir. Bu sahədə BME 373-cü yeri tutur və 39.7 xal toplayıb. Belə ki, universitetin bu göstəricisi orta xal olan 36.9-dan yüksəkdədir.

Bu mənada, Webometrics ranking-ə görə Universitet 395-ci yerdədir. So

nuncu dəfə universitet 428-ci yerdə idi və böyük sıçrayış edib. Mərkəzi və Şərqi Avropa regionunda bu göstərici 10-cu yerə bərabərdir.

Quacquarelli Symonds ranking-ə (QS World University Rankings 2014/15) əsasən, BME, mühəndislik və texnologiya sahələrində dünyanın ən yaxşı 400 universiteti sırasındadır və 254-cü yerdə qərarlaşıb. Daha geniş araşıdırma əsasında müəyyən edilən bu beynəlxalq reytinq, universitetləri dörd əsas kriteriyalara görə müəyyənləşdirib: elm dünyasında institutun məşhurluğu (BME bu göstəricidə 162-cidir) ; sorğu aparanlarına rəyləri; nəşr edilən araşdırmaların sitat olunma indeksləri; h-indeks sitatları (son üç kriteriyada BME 201-ci yerdədir).

AcademyRank.com-a görə, BME Macarıstanda birinci, Avropada 96-cı, dünyada isə 421-ci yerdədir.

Center For World University Rankings (CUWR) BME-ni təhsilin keyfiyyətinə görə dünyada 256-cı, fakültələırin reytinqinə görə isə 218-ci yerdə görür

Eduniversal-a görə, BME Şərqi Avropada Mühasibat uçotu və Audit sahələrində 9-cu, Korporativ Maliyyə sahəsində 15-ci, Marketinq sahəsində isə 13-cüdür. Bu reytinq 154 ölkənin 30 təhsil sahəsinə malik universitetləri arasında tərtib olunub.

"QS University Rankings: Emerging Europe and Central Asia (EECA)" reytinqinə görə görə BME regionda ən yaxşı 150 universitet arasında 32-cidir.

"Science without Borders" proqramına görə, Braziliyadan olan ən çox tələbələrin təhsil aldığı ölkələr arasında Macarıstan universitetlər arasında isə BME də var. Braziliya hökuməti tərəfindən ərsəyə gələn bu proqrama əsasən, 55 657 braziliyalı tələbə bir və ya daha çox semestr ali təhsillərini ölkə xaricində alır. Ən üst pillələrdə Macarıstan yerləşir. Ölkə, Avropada 7-ci, dünyada isə 11-cidir. Universitetlərə gəlincə, BME, dünyada ən çox braziliyalı tələbə qəbul edən 5-ci universitetdir. Macarıstan universitetləri arasında isə BME birinci yerdə qərarlaşır (538 tələbə).

Məşhur məzunları və əməkdaşları thumb|Binanın əsas "K" kampusunun gecə görünüşü|417x417px

Nobel mükafatı laureatları 396x396px|thumb|Corc Olah Deneş Qabor (Dénes Gábor), holoqrafiyanın yaradıcısı (1971 Fizika üzrə Nobel mükafatçısı); Corc Olah (George Oláh) (1994 Kimya üzrə Nobel mükafatçısı) ; Viqner Ceno (Wigner Jenő) (1963 Fizika üzrə Nobel mükafatçısı);