Vrangel adası ( — "ağ ayılar adası",Леонтьев В. В., Новикова К. А. Топонимический словарь северо-востока СССР. — Магадан: Магаданское книжное издательство, 1989. — С. 384. — 456 с. — 15 000 экз. — ISBN 5-7581-0044-7. ) — Rusiyaya məxsus olan, Şimal Buzlu okeanında, Şərqi Sibir dənizi ilə Çukot dənizi arasında yerləşən ada. Ada rus dənizçisi və dövlət xadimi, XIX əsrdə yaşamış Ferdinand Pyotr Vrangelin şərəfinə adlandırılmışdır.
Vrangel şərq və qərb yarımkürələrinin qovuşduğu yerdə yerləşir və 180-ci meridianla təxminən iki bərabər hissəyə bölünür. Ada Çukot yarımadasından Lonq boğazı vastəsi ilə ayrılır. Boğazın ən dar yerində məsafə 140 km təşkil edir. Herald adasından 60 km qərbdə yerləşirKos, ko, M. K., M. P. Cecile, J. C. Harrison, V. G. Ganelin, N. V., Khandoshko, and B. G. Lopatin, 1993, Geology of Wrangel Island, Between Chukchi and East Siberian Seas, Northeastern Russia. Bulletin 461, Geological Survey of Canada, Ottawa Ontario, 101 pp Ada inzibati cəhətdən Çukotka Muxtar Dairəsinin İultinski rayonuna daxildir. Vrangel adasının ərazisində eyni adlı qoruq yaradılmışdır. Vrangel adası UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir.
Tarixi Arxeoloji qazıntılar zamanı adada yaşayış məntəqələrinin qalıqları aşkarlanmışdır. Adanın ilk əhalisi Paleoeskimoslar olmuşlar və orada ov etmişlər. Buradak; ilk yaşayış e.ə. 1750-ci illərə aiddir. Paleoeskimosların daimi dayanacaq yeri Çyortov ovraqДиков Н. Н. (1988) adlı ərazidə aşkarlanmışdır.
Rusların ada yaxınlıqlarından keçməsi hələ XVII əsrin əvvəllərində baş verməsinə baxmayaraq, adanın xəritəyə salınması 200 il sonraya aiddir.
Açılışı thumb|right|250px|Vrangel adası — kosmosdan çəkiliş 1849-cu ildə Böyük Britaniyalı tədqiqatçı Henri Kellett () Çukot dənizində yeni ada kəşf edir və onu öz gəmisi olan Heraldın şərəfinə Herald adası adlandırır. Qərbdə Kellett Heralddan başqa bir adanı müşahidə edir və onu xəritəyə daxil edir. Bundan sonra ada ilk adı olan "Kellett Torpağı" adını alır.
1866-cı ildə adaya ilk dəfə avropalı — kapitan Eduarf Dallmann () lövbər salır. O, əsasən Alyaska və Çukot yarımadasının əhalisi ilə ticarət əlaqələri qururdu.Barr, W. Krause, R. Pawlik, P.-M. Chukchi Sea, Southern Ocean, Kara Sea: the polar voyages of Captain Eduard Dallmann, whaler, trader, explorer, 1830–96 (англ.) // Polar Record. — Cambridge University Press, 2004. — Vol. 40, no. 1. — P. 1–18. 1867-ci ildə amerikalı Balina ovçusu və tədqiqatçısı olan Tomas Lonq () özü də Kettellin kəşfindən xəbərsiz (və ya adanın yerini düzgün müəyyənləşdirmədiyindən) adanı rus tədqiqatçısı və dövlət xadimi Ferdinand Pyotr VrangelinVon Wrangel, Ferdinand Petrovich (1840). Narrative of an expedition to the polar sea, in 1820, 1821, 1822 & 1823. Edited by Major Edward Sabine. James Madden and Company, London. 465 pp. şərəfinə adlandırır.Wheildon WW (1869) Proceedings of the American Association for the Advancement of Science, 1868 (17th Meeting, at Chicago), pages 304–311 Vrangel adanın mövcudluğu haqqında təsəvvürə malik olmuşdur. O, məlumatı yerli əhali olan çukçalardan almışdı. Hətta 1820–1824-cü illərdə adanı aşkarlamaq məqsədilə ekspedisiya təşkil etmişdir.
1879-cu ildə Vrangel adası yaxınlığından De Lonqun Şimal Qütbünə təşkil etdiyi ekspedisiya keçir. Amma onun bu cədhi uğursuzluğa uğrayır ("Jannetta" gəmisi). 1881-ci ildə De Lonqun gəmisini tapmaq məqsədilə 1881-ci ildə adaya Kutter gəmisi Kelvin Kuperin komandanlığı ilə yan alır ().Irving C. Rosse. The First Landing on Wrangel Island: With Some Remarks on the Northern Inhabitants (англ.) // Journal of the American Geographical Kuper adaya enərək orada axtarış təşkil edir. Sonra isə adanı ABŞ-nin ərazisi elan edir. thumb|right|250px|Rusiya bayrağı, Fom burnu, 1911-ci il. 1911-ci ilin sentyabrında "Vayqaç buzqıran gəmisi" rusların Şimal Buzlu okeana təşkil etdikləri (1910–1915) ekspedisiyanın nəzdində adaya yan alır. Bundan sonra ruslar ilk dəfə olaraq Fom burnuna rus bayrağını sancırlar.Магидович И. П., Магидович В. И. Очерки по истории географических открытий. — Просвещение, 1985. — Т. 4.
Kanada Arktika ekspedisiyası (1913–1916) thumb|250px|"Karluk" düşərgəsi, 1914-cü il. 13 iyul 1913-cü ildə Kanada Arktika ekspedisiyasına daxil olan "Karluk" briqantini ilə antropotoloq Vilyamur Stefansson Bofort dənizində yerləşən Herşel adasını tətqiq etmək məqsədilə Nomdan (Alyaska) yürüşə çıxır. 13 avqust 1913-cü ildə hədəfə 300 km qalmış "Karluk" gəmisi buzlar arasında sıxılaraq qalır. Burada sıxılıb qalan gəmi dreyf edən buzlarla birlikdə qərbə istiqamətlənir. 19 sentyabrda səkkiz insan, Stefanssonla birlikdə ova çıxırlar. Bir müddətdən sonra dreyf edən buzlar səbəbindən geriyə, gəmiyə qayıda bilmirlər. Onlar Barrou burnuna qayıtmalı olurlar. Bir müddət sonra hətta belə bir fikir irəli sürülür ki, Stefansson bilərəkdən ov bəhanəsi ilə gəmini tərk edərək Kanada Arktik arxipelaqına daxil adalarını tətqiq etmək istəyirdi. thumb|Vrangel xəritəsi, Kanada Arktika ekspedisiyasının tərtibatı "Karluk" gəmisində 25 nəfər qalır. Onlar ekspedisiya üzvləri və ovçular idi. Gəmi 10 yanvar 1914-cü ilə qədər buzlar arasında sıxılıb qalmışdı. Bartlettin göstərişi ilə bir qrup Byarnr Mamenanın rəhbərliyi ilə Vrangel adasına göndərilir. Onlar səhvən Herald adasına gəlib çıxırlar. Adaya çatanlardan "Karluk" gəmisinin kapitanının böyük köməkçisi Sendi Anderson başda olmaqla üç dənizçi sağ qala bilir. Həlak olanlar böyük ehtimal ki, ya yeməkdən zəhərlənmiş ya da dəm qazından boğulmuşlar. Digər dəstə Alister Mak-Moyanın (Antarktidaya təşkil olunan 1907–1909-cu il ekspedisiyasında iştirak etmişdir) iştirakı ilə öz qəralarına görə Vrangel adasına istiqamətlənirlər (130 km qalmış). Yerdə qalan 17 nəfər isə Barlettanın rəhbərliyi Vrangel adasında yerləşən Draqi buxtasına çatırlar. 1988-ci ildə adada düşərgənin izləri tapıldığı yerdə xatirə abidəsi qoyulmuşdur. Kapitan Barlett (Robert Pirinin ekspedisiyasında iştirak etdiyindən müəyyən təcrübyə malik idi) və Kataktovikla (ovçu eskimos) birlikdə buzların üzəri ilə kömək çağırmaq məqsədilə materikə üz tuturlar. Bir neçə həftədən sonra onlar uğurlu şəkildə Alyaska sahillərinə çataraq "Karluk" gəmisinin qəzaya uğraması barədə məlumat verirlər. Sərt soyuqlar səbəbindən dərhal ekspedisiya təşkil edib xilas etmə tədbirləri görülə bilinmir.
1914-cü ilin yayında rusların "Taymır (buzqıran 1909)" və "Vayqaç (buzqıran, 1909)"Bu gəmilər Rusiyanın Şimal Buzlu okean donanmasına daxil edilmişdi. buzqıran gəmiləri iki dəfə (1 – 5 avqust, sonra 10 – 12 avqust) olmaqla köməyə tələssələrdə qalın buzlar səbəbindən cəhdləri uğursuz olur.Красинский Г. Д. На советском корабле в Ледовитом океане. Гидрографическая экспедиция на остров Врангеля. — Издание Литиздата Н.К.И.Д., 1925. Amerikanlıların Kutter gəmisinin dəfələrlə təşkil etdiyi cədhlər də bir nəticə vermir.
Adada qalmış 15 nəfərdən üçü ölür. Ölümün səbəbləri kimi soyuq havaların təsiri ilə fəsadlar göstərilir: Soyuqlar səbəbindən insanın yuxarı və aşağı ətraflarında qanın donması ilə qanqrenanın olması, qidalanmanın zəifliyi və güclü şaxtalar səbəbindən böyəklərin fəaliyyətini dayandırması. Qrupun üzvlərinin verdiyi məlumata görə isə Vilyam silahı təmizləyərkən səhvən atəş açaraq ekspedisiya üzvünü öldürmüşdür. Təbii ki, bu vaxt qrupda ağır psixoloji atmosfer hökm sürürdü. Ancaq dindirmələr zamanı Vilyam bu itdihamlara qarşı çıxaraq onları inkar etmişdir.Jennifer Niven. The ice master: The doomed 1913 voyage of the Karluk. — Hyperion Books, 2000. — ISBN 0-7868-6529-6 Adada sağ qalan ekspedisiya üzvləri həyatla mücadilə edərək, ov etməklə sağ qala bilmişdilər. Ekspedisiya üzvləri ancaq 1914-cü ilin sentyabrında Kanadaya məxsus ola "Kinq-end-Uinq" şxununun sayəsində xilas edilir.Robert Bartlett, Ralph Hale. The Last Voyage of the Karluk. — McLelland, Goo. thumb|right|600 px|Vrangel səthinin profili
Stefanssonun ekspedisiyası (1921–1924) thumb|"Qırmızı Oktyabr" kanoner qayığı. 16 avqust 1924-cü il. thumb|Vrangel adasının kolonistləri ən solda Çarlz Uells. Stefansson 1921-ci ilin əvvəllərində çıxan qəzetlərin birindən Rusiyada davam edən amansız müharibə şəraitində Yaponiyanın Şərqi Sibiri adalara birləşdirmək niyyətində olduğu oxumuşdur. Bu narahatlıq əsassız deyildi. Rusiyadan gələn dostları bunu təstiqləyirdi. O, yaponları dahada irəli gedərək Kanada Arktik ekspedisiyasına məlum olan Vrangel adasına ayaq basacaqlarını düşünərək onları qabaqlamağa çalışdı. "Karluk"Niven, Jennifer, The Ice Master, The Doomed 1913 Voyage of the Karluk. Hyperion Books, New York, New York. 431 pp. gəmi ekipajının adada sağ qalması onu adada dəniz təsərrüfatını qurmaqla orada kolonizasiya kampaniyasına başlamağı düşünürdü. Öz müəsissələrinin dəstəkləmnəsi məqsədilə əvvəlcə Kanada nümayəndələrindən sonra isə Böyük Britaniya hömükətindən rəsmi hüquq almasını istəyirdi. 19 fevral 1921-ci ildə Stefansson Kanada baş naziri olan Arturo Meyqxen tərəfindən məktub alır. Məktubda deyilirdi:
Stefansonun hərəkətlərinə qarşı hüququ cəhətdən qeyri müəyyənlik onun fəaliyyətinin leqallaşdırılmasını mümkünsüz edirdi. Hətta Stefansson öz xatirələrində bunun bir avantura olduğunu söyləyirdi. 16 avqust 1921-ci ildə Sietldə gələcən kolonistlərdən beş nəfəri toplaya bilir. Bu qrupa 22 yaşlı şotland əsilli kanadalı Alan Krouford başçılıq edirdi. Beş gündən sonra bu qrup Alyaskaya gəlir. 9 sentyabrda onlar Vrangelə yönəlirlər. 16 sentyabrda adaya enən 5 kolonistən ibarət qrup: Alan Krouford, amerikanlı Qalle, Maurer ("Karluk" ekspedisiyasının iştirakçısı), Hayta və eskimos qadın olan Ada Blekcek (aşpaz) olmuşdur. Adaya endikdən sonra ilk işləri Kanada və Böyük Britaniya bayraqlarını qaldırmaları olmuşdur. Sonra isə "Proklamasiyaya" qol çəkirlər. Bu zaman sənəd qəbul edilir. Bu sənətdə deyilirdi:
Bu sənədin əksi kapitan vastəsi ilə sentyabrın sonları Noma gətirilir.Kenney, Gerard "When Canada Invaded Russia" The Canadian Encyclopedia Stefansson sənədi təqdim etməklə yanaşı Vrangel adasının kolonizasiyalaşdırılması haqqında qəzetlərə məlumat verir. Ancaq bu məqalə yaponların 1922-ci ildə Şərqi Sibir və Uzaq Şərqdən öz qüvvələrini çıxardıqdan sonra diqqət mərkəzində olur. Bu hətta ABŞ və Kanada arasında siyasi mübahisələrə səbəb gətirib çıxarır. Hər iki ölkə adaya ərazi iddiasından əlçəkmək niyyətində deyildi.
Hər şey Alyaska qubernatorunun Vaşinqton hökumətinə yönəlmiş etirazdan doğur. Onun fikirincə Kanada qanunsuz olaraq adanı işğal etmişdir. O, hər zaman adanın Amerikaya məxsus olduğunu bildirirdi. Bundan sonra Stefansson öz addımlarına görə izahat verməli olur. İzahat 20 mart 1922-ci ildə "Nyu-York Tayms" qəzetində dərc olunur. 12 mayda bu izahatlar Kanada parlamentində debatlara səbəb olur.
Burada şimal sularında patruların maliyyələşdirməsi məsələsi sonradan Vrangellə bağlı mövzuya yönəlir. Meyqxan, keçmiş nazir, pozisiya lideri: "Xariçi işlər naziri bilimi ki, hökumətin şimal adaları ilə bağlı siyasəti və Stefanssonun ekspedisiyanına dəstəyi bizi bu məsələyə təhkim edir?" Qrexem, xariçi işlər naziri: "Bu hökumətin olduqca həssas məsələsidir…" Meyqxan: "Vrangel adası bizə mi məxsusdur?" Qrexem: "Bəli, mən düşünürəm ki, onun qoruyub saxlaya biləcəyik…" Qetrey (Qatri): "Keçən ay "Nyu-York Tayms" və "Vaşinqton Post" qəzetlərində Vrangelin açılışdan ABŞ-yə məxsus olduğu bildirir." Makkezi Kinq, baş nazir: "Mən onu vurğulamalıyam ki, hazırda ada üzərində Kanada bayrağı qalğalanır. Orada hazırda kanadalılar yaşayır. Bu isə adanın bizim ölkəyə aid olmasını göstərir!"
Bununla belə öz ölkələrinin iddialarını dəstəkləyən adada yerləşən əhali haqqında heç kim məlumatlı deyildi. Adada insanlar ov etməklə ehtiyaclarını ödəyirdilər. Birinci qışı yalnız bir it itkisi ilə başa vuran kolonistlər yayda adaya kömək gələcəyini və onları əvəzləyəcəyinə ümid bəsləyirdilər. Buzlaqlar səbəbindən gəmilər adaya yan ala bilmirlər. Bu səbəbdən kolonistlər növbəti qışı adada keçirməli olurlar… 1922-ci ildə Stefanssonun göndərdiyi "Teddi biir" gəmisi qalın buzlar səbəbindən adaya yan ala bilmir. 23 sentyabrda kor-peşman Alyaskaya qayıtmalı olur.