Yusof bin İshak (d. 12.8.1910, Taypinq, Perak, Malay Federasiyası — ö. 23.11.1970, Sinqapur) — Sinqapur dövlət xadimi. Sinqapurun birinci prezidenti (1965-1970)

Həyatı 12 avqust 1910-cu ildə Malay Federasiyasının Perak əyalətinin Taypinq rayonunun Teronq kəndində anadan olan Yusof, 1759-cu ildə Penanqa köçən Sumatranın Malay Datuk Jannatunun nəslindəndir The Istana – index İstifadə tarixi:2015-11-10. Onun atası Minanqkabau əsilli, anası isə İndonesiyanın Lanqkart regionundan Malay əsilli idi. Onun qardaşı Əziz bin İshak, Malayziyalı jurnalist və azadlıq mücahidi idi.

O, ilk təhsili Viktoriya məktəbində alırVictoria Bridge School is the previous name of Victoria School which only offered primary school classes at the time. Victoria School is now a secondary school və daha sonra Raffles İnstitutunda təhsilini davam etdirir. Rafflesdə olduğu zaman Sinqapur Milli Kadet Korpusuna qoşulur. O, Korpusda ilk dəfə yeniyetmə zabit kimi işləyib.

Karyerası 1929-cu ildə dostları ilə birlikdə "İdmançı" jurnalını təsis edir. 1932-ci ildən Malay dilindəki "Varta Melayu" qəzetində işləyir və tezlikdə baş redaktorun köməkçisi vəzifəsini tutur. 1938-ci ildə həmkarları ilə birgə "Utusan Malayziya" şirkətini təsis edir və həmçinin qəzetini nəşr etdirir. Yusof, qəzetin birinci redaktoru olur. 1942-1945-ci illər Yaponiya işğalı zamanı o, Malayziyada idi. 1945-ci ildə Yaponiyanın təslim olması ilə Sinqapura qayıdır və qəzetinin nəşrini davam etdirir. 1957-ci ildə Malay Federasiyası müstəqilliyini elan edir və bir il sonra Yusof Kuala-Lumpura köçür və qəzetini orda nəşr etdirir. Lakin yaranan münaqişə ilə Birləşmiş Malay Milli Təşkilatı ona şirkətinin səhmlərini satmağa vadar edir və o Sinqapura köçür.

O, 1959-1965-ci illərdə Sinqapurun general-qubernatoru olur. 1965-ci ildə Sinqapurun Malayziyadan ayrılmasından sonra ölkənin prezidenti olur. 1970-ci ilin 23 noyabrında vəfat edir.

Mükafatları və fəxri adları 1963-cü ildə Sinqapurun dövlət mükafatlarından olan Birinci dərəcəli "Temasek" ordeni ilə təltif olundu. "Malayziya krallığının müdafiəçisi" ordeni ilə təltif olunub Bruneyin "Kral ailəsi" ordeni ilə təltif olunub.

Xarici keçidlər Encik Yusof bin İshak

Qeydləri

İstinadlar

Kateqoriya:Malayziyada doğulanlar Kateqoriya:Sinqapur prezidentləri Kateqoriya:Sinqapur siyasətçiləri Kateqoriya:XX əsr siyasətçiləri