thumb|عرض الصورةpx|Zaruk sarayı — Tunisdəki "Müdriklik evi" Fondunun qərargahı Ərəb dilinin akademiyaları () — ərəb dilini tədqiq edən və ərəb ədəbi dili normalarının tənzimləyiciləri rolunu oynayan elmi müəssisələr. Bu akademiyalar aşağıdakılardır: Dəməşqdəki Ərəb Dili Akademiyası (Suriya) — ərəb dilinin ən köhnə akademilarından biridir. 1918-ci ildə qurulub; İordaniya Ərəb Dili Akademiyası — 1924-cü ildə qurulub; İraq Elmlər Akademiyası — 1948-ci ildə qurulub, İraq müharibəsi zamanı 2003-cü ildə dağılıb.; Ərəb Dilinin İsrail Akademiyası (Hayfa, İsrail) — Knessetin qərarı ilə 2007-ci ildə qurulub; Livan Elmlər Akademiyası — 2007-ci ildə qurulub; Qahirədəki Ərəb Dili Akademiyası (Misir) — 1934-cü ildə qurulub; Xartumdakı Ərəb Dili Akademiyası (Sudan) — 1993-cü ildə qurulub; Mərakeş Kral Akademiyası — 1962-ci ildə qurulub; Ərəb Dili üzrə Əlcəzair Ali Şurası — 1996-cı ildə qurulub; Liviya Ərəb Dili Akademiyası — 1994-cü ildə qurulub; "Müdriklik evi" Fondu" (Tunis) — 1983-cü ildə qurulub.
İstinadlar
Həmçinin bax Ərəb dili
Kateqoriya:Ərəb dili Kateqoriya:Milli dil institutları