Qırğızıstanın dövlət quruluşu — 1995-ci ildə qəbul edilmiş Konstitusiyaya əsasən hüquqi-siyasi, inzibati, iqtisadi və ictimai münasibətlər sistemi.
Dövlət quruluşu Qırğızıstan dualist formada idarəetmə üsuluna malik respublikadır. Milli bayram günü olan müstəqillik günü (1991) 31 avqustda qeyd olunur. Ölkənin yeni Konstitusiyası 27 iyun 2010-cu ildən qüvvədədir.
İnzibati ərazi bölgüsü Qırğızıstan 35 rayondan və 13 vilayət əhəmiyyətli şəhərdən ibarət 7 vilayətə (Batkən, Cəlalabad, İsık Göl, Narin, Çuy, Oş, Talas) və Respublika tabeliyində olan 2 şəhərə (Bişkek və Oş) bölünür. thumb|Qırğızıstan dövlətinin əyalətləri
Dövlət başçısı Qırğızıstan Respublikasının ali vəzifəli şəxsi və dövlət başçısı olan Prezident ümumxalq səsverməsi yolu ilə, ardıcıl bir dəfədən artıq olmamaq şərti ilə, 6 il müddətinə seçilir. Mövcud Konstitusiyaya görə, Prezident Qırğız xalqının birliyinin və dövlət hakimiyyətinin rəmzi, habelə hüquqi dövlətin, Konstitusiyanın, ölkənin milli müstəqilliyinin və təhlükəsizliyinin, ərazi bütövlüyünün, vətəndaşların hüquq və azadlıqlarının təminatçısıdır.
Prezidentin səlahiyyətləri Joqorku Keneşə (Parlamentə) və Baş nazirə (Nazirlər Kabinetinin rəhbəri) nisbətən daha məhduddur.
Qanunverici hakimiyyət Birpalatalı 120 yerlik Joqorku Keneşdir (Parlament). Deputatlar proporsional sistem ilə ümumi seçkilər yolu ilə 5 il müddətinə seçilirlər. Qüvvədə olan Konstitusiyaya görə, ənənəvi qanunvericilik hakimiyyəti ilə yanaşı, Respublika Parlamenti dövlət siyasətinin ən mühüm qərarlarının müəyyən edilməsində və həllində geniş səlahiyyətlərə və prioritetə malikdir. Hökumət, ona etimadsızlıq göstərmək və istefaya göndərmək səlahiyyətinə malik olan Joqorku Keneş qarşısında birbaşa kollektiv məsuliyyət daşıyır.
İcraedici hakimiyyət Yeni Konstitusiyaya görə ölkədə icra hakimiyyəti Baş nazir və onun rəhbərlik etdiyi Nazirlər Kabineti tərəfindən həyata keçirilir. Baş naziri və Parlament çoxluğunu (seçkilərdə 50%-dən artıq səs toplamış) təmsil edən siyasi partiyanın nümayəndələrindən formalaşmış Nazirlər Kabinetini Prezident təyin və Parlament təsdiq edir. İcra hakimiyyətinin müstəsna və geniş səlahiyyətli orqanı sayılan Hökumət, eyni zamanda qarşısında cavabdehlik daşıdığı Qırğızıstan Parlamenti ilə birlikdə qanunvericilik hakimiyyətini də həyata keçirir.
Məhkəmə hakimiyyəti Müasir məhkəmə-hüquq sistemləri ilə yanaşı, keçmiş Sovetlər Birliyinin hüquq sisteminin müəyyən struktur elementlərini də özündə ehtiva edən Qırğızıstan Respublikasının məhkəmə hakimiyyəti, ölkədə son apellyasiya instansiyası sayılan Ali Məhkəmə, habelə Konstitusiya və Ali Arbitraj məhkəmələri tərəfindən həyata keçirilir.
Xarici keçidlər
Qırğızıstanın rəsmi dövlət saytı
İstinadlar Kateqoriya:Qırğızıstanın dövlət quruluşu