Ussuri (Mancur dilində - Qara) — Primorsk diyarı və Xabarovsk diyarı ərazisindən və Çinin Xeylunszyan vilayəti ərazisindən axır. Amur çayının sağ qolunu təşkil edir. Çay böyük məsafədə Rusiya və Çin sərhəddindən keçir.
1972-ci ildə Ussuri çayı Arxipovka kəndinə qədər YanmutXouza (Yan-Mut-Xouza) adlanırdı. Sonra isə Verxnaya Breevka kəndinə qədər isə Sandaqao, buradan yuxarıya doğru isə Ulaxe adlanır. Ümumilikdə isə çay Ussuri adlandırılmışdır. Damansk adası konfliktindən sonra uzaq şərqdə yerləşən Çin dilində olan coğrafi obyektlərin adı dəyişdirilirКарта Приморского края, масштаб 1 : 1250000, Главное управление геодезии и картографии МВД СССР, 1958 год, отпечатана Новосибирской картографической фабрикой ГУГК, заказ № 66, тираж 17 500 экз. (цена карты 2 руб. 15 коп. «старыми» деньгами)
Coğrafiyası thumb|left|Ussuri Uzunluğu 897 km, hövzəsinin sahəsi 193 000 km² təşkil edir. Çayın mənbəyi Olqinski rayonu ərazisində yerləşir. Çayın mərkəzində çoxlu sayda kiçik adalar vardır.
Kazakeviçevi kəndi (Xabarovskiy rayonu) ərazisində dayaz Kazakeviçeva axarına tökülür. Burada isə axar Amur axarı adı altında Amur çayına tökülür. Xanka gölü ilə Ussuri çayını Sunqaça çayı birləşdirir. Çayın mərkəzində ən iri ada Kutuzov adasıdır.
Hindrologiyası thumb|200px Çayın qidalanmasında 60 % yağış, 30-35% qar suları iştirak edir. Musson yağışlarının təsiri ilə yağıntılar əsasən mart-avqust ayları düşür. Orta illik sərfiyyat 143 m³/s təşkil edir. Noyabr ayında çay donur və aprel ayında isə donu açılır. Qolları Sol qolları: Arsenevka, Draquçina, Sunqaça, Mulinxe, Naolixe.
Sağ qolları: Juravlevka, Böyük Ussurka, Bikin, Şivki, Bira, Xor, Kiya, Çirki.
Ussuri hövzəsində olan yaşayış məntəqələri
Rusiya thumb|left thumb| thumb| Olqinski rayonu ərazisindən keçən hissədə sahilində yaşayış məntəqəsi yoxdur. Çuquev rayonu: Topoleviy, İzvilinka, Arxipovka, Bulıqa-Fadeevo, Svetovka, Sokolovka, Novomixaylovka; Bikinskiy rayonu: Pokrovka, Vasilevka, Lonçakovo; Vyazemski rayonu: Vidnoye, Şeremetovo, Vinoqradovka, Venyakovo, Zabaykalski, Kukelevo; Lazo adına rayon: Arquskoye, Nevelskoye; Xabarovsk rayonu'': Kazakeviçevo;
Çinə aid hövzədə Xutou və Jaoxe yaşayış məntəqələri vardır
Əhəmiyyəti Çaydan su təhcizatında istifadə edilir. Sahillərinfə meşə tədarükünü həyata keçirən zavod fəaliyyət göstərir. İstər Sovet istərsə Rusiya dönəmində gəmiçilikdə istifadə edilməmişdir.
Tarixi hadisələr 1655-ci ildə avropalılar və onun başında Onufriya Stepanov çayın axarı ilə yuxarıya qalxmışlar. 1969-ci ildə SSRİ və Çin arasında Damansk adası uğrunda konflikt baş vermişdir. 14 may 1991-ci ildə ada üzərində Çinin hakimiyyəti tanınır.
İstinadlar
Mənbə
Уссури в «Словаре современных географических названий» Поход отряда Онуфрия Степанова Ussuri çayı
Həmçinin bax Böyük Ussurskiy Damansk adası
Kateqoriya:Rusiya çayları Kateqoriya:Çin çayları Kateqoriya:Mübahisəli ərazilər Kateqoriya:Sərhəd çayları Kateqoriya:Asiyanın beynəlxalq çayları