True Fantasy – Vugarixx-in ilk EP albomu. Albom 13 noyabr 2015 – ci ildə təqdim olunmuşdur. Payız aurasında olan və 300 nüsxədən ibarət xüsusi disk şəklində çıxarılan bu albomdan yalnız 50-si satışda olub. Digər 250 albom isə yaxın insanlara hədiyyə olunmuşdur. Albomdakı mahnıların hazırlanması zamanı Flora Kərimova, Qədir Rüstəmov və Rafiq Babayev-in unudulmaz səs və əsərləri, həmçinin Bəxt Üzüyü, Təhminə filmlərindəki dialoqlardan istifadə olunmuşdur.

Albomdan çıxarılmış ilk sinql olan Bir Axşam mahnısı 10 iyul 2015 – ci ildə dinləyicilərə təqdim edilmişdir. Daha sonra 28 sentyabr Bəxt Üzüyü, 30 oktyabr Sən Getdin, 30 noyabr isə Təhminə və ZaurLENT.AZ - "Təhminə və Zaur" filmi DJ Vugarixx-in yeni mahnısında adlı təqdim olunan sinqllar dinləyicilərin böyük marağına sahib olmuşdur.

Albomdakı mahnılar 2015-ci ilin iyun ayından, noyabr ayına kimi hazırlanıb. Mahnıların əksəriyyəti FL Studio, bəziləri isə Ableton proqramı vasitəsi ilə işlənilib. Mahnıların səs uzlaşması zamanı Vüsal Həsən tərəfindən bəzi göstərişlər verilib.

Mahnılar hazır olduqdan sonra ilk albomunun üz qabığında illüstrasiya olmasını istəyən Vugarixx, bunun üçün Cavid İlham adlı yerli rəssamla görüşür və onlar ideaları birlikdə müzakirə edirlər. Nəticə olaraq hazırlanan illüstrasiya çox bəyənilir və digər qrafik işlərin tamamlanması üçün Röyal Paşayev-ə (az-ya) müraciət olunur. Dizayner çap üçün olan versiyanı hazır edir və 3 noyabr 2015-ci il tarixində 300 tirajla albom çapa verilir. Daha sonra, 5 noyabr 2015 – ci il tarixində rəsmi şəkildə albomun kover şəkli və alboma 11 mahnı daxil olduğu elan edilir.

Bu albomun hazırlanması zamanı gənclərdə musiqi zövqünü daha da inkişaf etdirməyə çalışan və yerli musiqi bloqu olan BakuCasual proyekti Vugarixx-ə reklam baxımından dəstək olur. 50 ədəd xüsusi satış üçün nəzərdə tutulan albomların satışı da elə məhz BakuCasual proyekti vasitəsiylə həyata keçirilir.

Albomdakı mahnılardan bir neçəsi yerli radiolarda səslənir. Albomu əldə edənlərin albom haqda olan fikirlərini öyrənmək üçün sosial şəbəkələrdə #TrueFantasyEP həştəqindən istifadə edərək axtarış apara bilərsiniz.

Mahnıların siyahısı

İstinadlar

Xarici keçidlər Vugarixx - Rəsmi web səhifəsi

Kateqoriya:Azərbaycan musiqiçiləri Kateqoriya:Vugarixx Kateqoriya:2015-ci ilin musiqi albomları