Dvin və ya Dəbil (, , ) — Müasir Ermənistan ərazisində yerləşən qədim şəhər. Xarabalıqları qalmışdır.

Tarixi 335-ci ildə Arşakilər sülaləsindən III Xosrov tərəfindən salınmışdır. Adı farsca "təpə" mənasına gəlir.Chaumont, M. L. (1986). "ARMENIA AND IRAN ii. The pre-Islamic period". Encyclopaedia Iranica, Vol. II, Fasc. 4. pp. 418–438. 506-cı ildə Dvin kilsə məclisi burada çağrılmışdır. 642-ci ildə Ərməniyyənin mərkəzinə çevrilmişdir, bundan sonra şəhər daha çox Dəbil adlanmağa başlanmışdı. 893-cü ildə zəlzələdə şəhər dağılmış, Saci afşini Məhəmmədin şəhəri ələ keçirməsi asanlaşmışdı. Daha sonra Dvin sırayla Salarilər və Naxçıvan şahlıq mülklərinə daxil olmuşdur. 1021-ci ildə Əbüləsvar Şavurun əlinə keçmişdi. Bundan sonrakı tarixlərdə Səlcuqlar və Gürcüstanın əlinə keçəndən sonra 1236-cı ildə Monqollar tərəfindən darmadağın edilmişdir.

İstinadlar

Həmçinin bax

Xarici keçidlər

Kateqoriya:Qədim şəhərlər Kateqoriya:Ermənistan şəhərləri Kateqoriya:Ararat mərzinin yaşayış məntəqələri Kateqoriya:Ermənistan tarixi