An-140 qəzası — 23 dekabr 2005-ci ildə Azərbaycan Hava Yolları "AZAL"a məxsus Bakı–Aktau reysi ilə hərəkət edən "An-140" təyyarəsinin qəzası.Azərbaycanda baş vermiş dəhşətli təyyarə QƏZALARI — SİYAHI . modern.az, 23.02.2015

Həmin gün Azərbaycan Hava Yollarına məxsus An-140-100 tipli sərnişin təyyarəsi Heydər Əliyev adına hava limanından saat 22:19-da havaya qalxdıqdan təxminən 7 dəqiqədən sonra beynəlxalq hava limanından 18 kilometr aralıda, Nardaran qəsəbəsi yaxınlığında yerə düşmüşdür. Sonradan müəyyən olunub ki, təyyarənin sağ mühərrikində nasazlıq baş verib.

Təyyarədə olan 18 sərnişin və 5 heyət üzvü həlak olmuşdur. Onların 15 nəfəri Azərbaycan Respublikasının, 8 nəfəri xarici ölkə vətəndaşlarıdır.

Dövlət Komissiyası Baş vermiş hadisənin səbəblərinin araşdırılması və müvafiq tədbirlərin görülməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 24 dekabr 2005-ci il tarixli 1196 nömrəli Sərəncamına əsasən Dövlət Komissiyası yaradılmışdır."Azərbaycan Hava Yolları ("Azal") Dövlət Konserninə məxsus AN-140 tipli sərnişin təyyarəsinin Bakı-Aktau (Qazaxıstan) reysini yerinə yetirərkən qəzaya uğraması səbəblərini araşdırmaq üçün dövlət komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 24 dekabr 2005-ci il tarixli 1196 nömrəli Sərəncamı. e-qanun.az

İstinadlar

Kateqoriya:23 dekabrdakı hadisələr Kateqoriya:2005-ci ildəki hadisələr Kateqoriya:2005-ci ildə Azərbaycan Kateqoriya:Azərbaycanda aviasiya hadisələri Kateqoriya:Azərbaycan Hava Yollarının qəza və hadisələri Kateqoriya:XXI əsrdə Bakı