— Yaponiyanın Kavasaki şəhərində, keçirilən şintoizm festivalı. Festivalın konkret keçirildiyi gün dəyişkəndir: əsas tədbirlər aprel ayının ilk bazar gününə düşür. Penis tədbirin əsas mövzusudur, özünü şəkillərdə, konfetlərdə, naxışlı tərəvəzlərdə, dekorasiyalarda və mikoşi paradlarında göstərir.
Kanamara Matsuri yerli penis məbədində keçirilir. Əfsanəyə görə gənc bir qadının vajinasında gizlənmiş itidişli iblis (vagina dentata) iki kişinin toy gecəsində axtalamasına səbəb olmuşdur. Nəticədə, qadın bu problemi həll etmək üçün dəmirçidən kömək istəyir, dəmirçi iblisin dişlərini qırmaq üçün polad penis hazırlayır. Beləliklə, problem həll olunur. Əfsanə Bazil Hol Çemberleyn tərəfindən Aynu dilində "Qadınlar adası" adı ilə çap olunmuşdur.Chamberlain, B. H. "The Island of Women" Aino Folk-Tales, 1888. pp. vii, 37.
Kanayama məbədi zöhrəvi xəstəliklərdən qorunmağı arzu edən fahişələr arasında məşhurluq qazanmışdır.
Deyilənlərə görə, məbəd biznesdə və klanda müvəfəqiyyət təklif edir: asan doğuş, evliklik və münasib evlilik.
İlk festival 1977-ci ildə keçirilmişdir.世界も驚くニッポン旅行100: テーマでめぐる!47都道府県ローカル旅 PHP研究所, Jul 4, 2013 İlk öncə kiçik festival olacağı güman olunmuşdu, amma daha sonra böyük festivala çevrilmişdir. Müasir dövrdə festivala çoxlu sayda turist axışır və əldə olunan gəlir QİÇS tədqiqatları üçün sərf olunur.http://www.heraldsun.com.au/travel/photos-fn2wzol2-1225975486025?page=4
Qalereya
Həmçinin bax Okunitama məbədi
İstinadlar
Xarici keçidlər
Yamasakidə festivalın bir günü Məbədin rəsmi saytı (Yapon dilində) Tədbirin rapartu Digər raport Hörmət obyekti Kanamara Matsuri videosu Festivalın tarixi
Kateqoriya:Yaponiya festivalları Kateqoriya:Şintoizm festivalları Kateqoriya:Penis Kateqoriya:Seks festivalları Kateqoriya:Kanaqava prefekturasının festivalları Kateqoriya:Apreldəki bayramlar Kateqoriya:1977-ci ildə yaranan festivallar Kateqoriya:Əlifba sırasına görə bayramlar