Qısaüzgəc qrind () — Qrindlər fəsiləsinə daxil olan növ. Delfin olsalarda hərəkətlərinə görə onlar daha çox balinanı xatırladır.
Əsas fərqlilikləri qısa üzgəclərə sahib olmaları ilə əlaqədardır. Onların dişlərinin sayı Adi qrindlərə nisbətdə azdır. Hər çənədə 14-18 arası diş olur. Rəngi qara və ya tünd-boz olur. Sifəti ağdır. Boğaz nahiyəsində ağ və ya boz ləkələr vardır.
Yetkin fərdlər 3,5—6,5 metr uzunluğa malikdir. Yeni doğulan körpənin uzunluğu 1,4—1,9 metrdir. Çəkiləri isə 60 kiloqramdır. Yetkin fərdlər isə 1 - 4 ton arası çəkiyə sahibdir. Erkəklərin orta ömür müddəti 45 il, dişilərdə isə 60 ildir. Balıqlar, xərçəngkimilər və kalmarlarda qidalanırlar.
İstinadlar
Kateqoriya:Delfinlər Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:25–29 ID olan Taksonbar