Kərgədan mövsümü (Farsca: فصل کرگدن; Fasle Kargadan) — Bahman Qubadinin yazıb çəkdiyi 2012-ci il istehsalı filmi. Baş rollarda Bəhruz Vüsuki, Monika Belluçi, Yılmaz Ərdoğan, Caner Cindoruk, Beren Saat, Belçim Bilgin, Arash Labaf və Ali Pourtaş oynamaqdadır. Filmin premyerası 26 sentyabr 2012-ci ildə San Sebastián Beynəlxalq Film Festivalında reallaşdırılmışdır. Unudulmaz bir eşq hekayəsini mövzu alan Kərgədan Mövsümü, Gobadi'nin ailə dostu olan və İran İslam İnqilabı əsnasında haqsız yerə 27 il həbs edilən iranlı kürd şair Sadeg Kamanqarin tragik hekayəsindən ilhamlanmışdır. Filmdə Sahel (Behruz Vüsuki) və həyat yoldaşı Mina (Monika Belluçi) bir intiqam uğruna həbsə atılırlar. 10 il sonra sərbəst buraxılan Mina yoldaşının öldüyünə inanır və iki uşağını alaraq İrandan İstanbula köçür. Aradan 20 il keçdikdən sonra azadlığına qovuşan Sahel həyat yoldaşı və uşaqlarını axtarmağa başlayır.
"Kərgədan Mövsümü" Bahman Gobadinin İranı tərk etdikdən sonra idarə etdiyi ilk filmdir. Çəkilişləri İraq və Türkiyədə həyata keçirilmişdir. Qatıldığı festivallardan bol təriflərlə dönən film BBC tərəfindən "Sürgündəki İranlı rejissorun yenidən doğuşu" başlığıyla yayımlanmışdır. The Globe And Mai,The Hollywood Reporter və Screen Daily kimi seçmə saytlardan müsbət tənqidlər almışdır.
Aktyor heyəti
Bəhruz Vüsuki — Sahel;Behrouz Vossoughi. İstifadə tarixi: 21 iyun 2026. Monika Belluçi — Mina;Monica Bellucci. İstifadə tarixi: 21 iyun 2026 Yılmaz Ərdoğan — Akbar Rezai;Yılmaz Erdoğan. İstifadə tarixi: 21 iyun 2026. Caner Cindoruk — gənc Sahel;Caner Cindoruk. İstifadə tarixi: 21 iyu 2026. Beren Saat — qızları;Beren Saat. İstifadə tarixi: 21 iyun 2026. Belçim Bilgin — qadın satıcısı;Belçim Bilgin. İstifadə tarixi: 21 iyu 2026. Arash Labaf — oğul.Arash. İstifadə tarixi: 21 iyun 2026.
Qatıldığı festivallar Toronto International Film Festival Festival de San Sebastián Chicago International Film Festival Festival Du Nouveau Cinéma Thessaloniki International Film Festival Marrakech International Film Festival Camerimage International Film Festival Tokyo Filmex International Film Festival Tallinn Black Nights International Film Festival
İstinadlar
Xarici keçidlər
Kateqoriya:İraq filmləri Kateqoriya:Türkiyənin bioqrafik filmləri Kateqoriya:2012-ci ilin Türkiyə filmləri Kateqoriya:2012-ci ilin dram filmləri Kateqoriya:İngiliscə filmlər Kateqoriya:Dramlar Kateqoriya:Farsca filmlər