II Berenqer de Palou (; ) — 1212–1241-ci illərdə Barselona yepiskopu. Araqonlu I Xamesin əsas dəstəkçisi olmuşdur.
Həyatı thumbnail|Barselona kafedralında yerləşən qəbri.|left Karyerasına dayısı I Berenqer de Palounun yepiskopluğu dövründə Barselona kafedralında kanon kimi başlamışdır. Qısa müddətdən sonra 1212-ci ildə yepiskop seçilmişdir. O, Araqonlu II Pedro ilə əlmohadlara qarşı Las Navas de Tolosa döyüşündə iştirak etmişdir. Palou daha sonra kral məsləhətçisi və Kataloniya-Araqon koronasının kansleri kimi xidmət vermişdir.
1219-cu ildə Misirdə Dumyata qarşı beşinci səlib yürüşündə iştirak etmişdir.
O, kasıblar üçün müxtəlif qurumlar təsis etmişdir. 1218-ci ildə Mersedarian ordenin təsis edilməsini dəstəkləmişdir.
1219-cu ildə Barselonanın Dominikan və Fransiskan ordenləri ilə tanış olmasını dəstəkləmişdir.
1225-ci ildə I Xameslə birlikdə Peniskola (Valensiya əyaləti) olan uğursuz hücumda iştirak etmişdir.
I Xames və Palou Malyorkanı işğal etmək qərarına gəlmişdirlər və Palou 99 cəngavər və 1000 ayaq əsgər vermişdir. Mükafat kimi ona 875 rıtsarlıq torpağı və 8 yel dəyirmanı bağışlanılmışdır. Əslində isə bunlar baron Andratxın mülkləri idi. Malyorka müsəlmanlarına qarşı hərbi əməliyyatlar zamanı o yaralanmış və bu adanın müsəlmanlarına qarşı sonuncu kampaniya müddətində ayağı şikəst qalmışdır.
1233-cü ildə Tarraqonanın baş yepiskopu seçilmiş, amma papa IX Qriqori bunu təsdiq etməmişdir və Palou bu yeri tuta bilməmişdir.
1237-ci ildə Barselonada Santa Klara monastırının qurulmasına kömək etmişdir.
1238-ci ildə Valensiya və Deniya tayfalarına edilən hücumlarda iştirak etmişdir. Nəticədə, müxtəlif mülklər əldə etmişdir.
1241-ci ildə ölmüşdür və hazırda Barselona kafedralında türbəsi yerləşir.
İstinadlar
Xarici keçidlər
Catalunya en-línia: Berenguer de Palou Malyorka tarixi ()
Kateqoriya:Barselonada vəfat edənlər Kateqoriya:İspaniya diplomatları Kateqoriya:İspaniya siyasətçiləri Kateqoriya:Yepiskoplar