Ördək adası və ya əvvəlki vəziyyətinə uyğun olaraq əvvəlki adı Urunos yarımadası — Azərbaycana aid ada. Xəzər dənizindəki Çilov adasının şimal-qərbində yerləşir. Şimal-qərbə istiqamətlənmişdir.

Ördək adası suyun səviyyəsinin qalxması nəticəsində hazırda ada formasında olsa da, suyun səviyyəsinin az olduğu dövrlərdə Çilov adasının yarmadası idi. Okean səviyyəsindən -26 metr (-85 fut) aşağıda yerləşir. Çilov adasının şimal-şərq hissəsində də eyni formaya malik yarımada vardır. Hər iki yarımada arasında dayaz körfəz yerləşir. Yarımadanın sahil xətti dənizin səviyyəsindən asılı olaraq dəyişir. 1939-1977-ci illərdə Xəzər dənizinin səviyyəsinin enməsi ilə Ördək adası Çilov adasına birləşmiş və yarımadaya çevrilmişdir. 1978-ci ildən isə dənizin səviyyəsi qalxır. Bu səbəbdən Ördək adasının sahəsi kiçilməklə yanaşı Çilov adasından ayrılmışdır.

İstinadlar

Kateqoriya:Azərbaycan yarımadaları Kateqoriya:Azərbaycan adaları