İrina Netreba — 26 aprel 1991-ci ildə anadan olmuşdur. Ukrayna əsilli azərbaycanlı sərbəst güləşçidir. 2014-cü ildə Finlandiyanın Vantaa şəhərində keçirilən Avropa Çempionatının gümüş medalçısıdır. 2013-cü ildə Rusiyanın Kazan şəhərində keçirilən Tələbələr arasında Yay Universiada Oyunlarının bürünc medalçısıdır. Gənclər arasında Avropa Çempionatının qızıl və bürünc medalçısıdır. Yeniyetmələr arasında Avropa Çempionatının isə qızıl və bürünc medalçısıdır.
Karyerası
Ukrayna karyerası
İrina Netreba 2004-cü ildən güləş üzrə yarışlarda iştirak edir. İrina Netreba ilk uğurunu doğma vətənini təmsil edərkən qazandı. O Ukrayna bayrağı altında 2007-ci ildə Gənclər arasında Avropa Çempionatında 3-cü yeri tutdu və bürünc medal qazandı. 1 ildən sonra isə İrina Netreba analoji yarışda, Gənclər arasında Avropa Çempionatında 1-ci yeri tutdu və qızıl medal qazandı. Elə həmin ildə Yeniyetmələr arasında Avropa Çempionatında 1-ci yeri tutdu və qızıl medal qazandı. 2009-cu ildə isə İrina Netreba Ukrayna bayrağı altında sonuncu uğurunu qazandı. O yenə də Yeniyetmələrin Avropa Çempionatında iştirak etdi və 3-cü yeri tutaraq bürünc medal qazandı.
Azərbaycan karyerası
Daha sonra İrina Netreba Azərbaycanın uğurları üçün çalışdı. İrina Netreba Azərbaycan bayrağı altında ilk uğurunu 2013-cü ildə Rusiyanın Kazan şəhərində qazandı. O Tələbələr arasında Yay Universiada Oyunlarında bürünc medal qazandı.
İrina Netrebanın ən böyük uğurunu isə 2014-cü ildə Finlandiyanın Vantaa şəhərində qazandı. O 2014 Avropa Çempionatında yalnızca finalda məğlub olaraq gümüş medal qazandı. İrina Netreba mübarizəyə 1/4 final mərhələsindən qoşuldu. O 1/4 final mərhələsində bolqarıstanlı Viktoriya Bobeva ilə üz-üzə gəldi. Həmin qarşılaşmadan İrina Netreba 8-4 hesablı qələbə ilə ayrıldı. Daha sonra o 1/2 final mərhələsində belaruslu Anastasiya Huçok ilə üz-üzə gəldi. Həmin qarşılaşmadanda İrina Netreba qələbə ilə ayrıldı. Finala vəsiqə qazanan İrina Netrebanın bu mərhələdə rəqibi rusiyalı Valeriya Jolobova idi. İrina Netreba güclü rəqibi ilə qarşılaşmadan məğlub ayrıldı, 0-5 və İrina Netreba 2014 Avropa Çempionatı 2-ci yerdə başa vuraraq gümüş medal qazandı.
2015 Avropa Oyunları
İrina Netreba 2015-ci ildə ən əsas yarışlarından birinə Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilən 2015 Avropa Oyunlarına qatıldı. O, mübarizəyə 16 iyun tarixində qoşuldu. İrina Netreba ilk olaraq 1/8 final mərhələsində italiyalı Karola Raynero ilə üz-üzə gəldi. İrina Netreba həmin qarşılaşmadan 8-4 hesablı qələbə ilə ayrıldı. Daha sonra 1/4 final mərhələsində İrina Netreba bolqarıstanlı Mimi Xristova ilə üz-üzə gəldi və 6-4 hesabı ilə qələbə qazanaraq yarım-finala adladı. Yarım-final mərhələsində İrina Netreba isveçli məşhur güləşçi 1 qat Dünya və 3 qat Avropa Çempionu Sofiya Mattsson ilə üz-üzə gəldi. Güclü və təcrübəli rəqibi ilə qarşılaşmadan İrina Netreba məğlub ayrıldı. 1-3. Amma bu məğlubiyyətə baxmayaraq İrina Netreba medal uğrunda mübarizəni dayandırmadı, o yenə də medal qazana bilərdi. Bunun üçün o bürünc medal uğrunda görüşdə norveçli Qras Bullenə qalib gəlməli idi. Amma İrina Netreba güclü rəqibi ilə qarşılaşmadanda məğlub ayrıldı. 0-4. Belə olan xalda İrina Netreba 2015 Avropa Oyunlarını 5-ci yerdə başa vurdu.
2015 Dünya Çempionatı
thumb|225x225px|İrina Netreba (Qırmızı geyimdə) və Leig Jaynes (Göy geyimdə)
İrina Netreba 2015-ci ildə Amerika Birləşmiş Ştatlarının Las-Veqas şəhərində keçirilən Dünya Çempionatında iştirak etdi. O 60 kq. çəki dərəcəsində 1/8 final mərhələsində türkiyəli Hafize Şahin ilə üz-üzə gəldi və 11-6 hesabı ilə qalib gələrək növbəti mərhələyə adladı. Növbəti 1/4 final mərhələsində isə İrina Netreba ukraynalı Oksana Herhel ilə üz-üzə gəldi və 5-4 hesabı ilə məğlub olaraq qızıl medal şanslarını itirdi. Bürünc medal üçün İrina Netreba ilk olaraq kanadalı Breanne Qraam ilə üz-üzə gəldi. Kanadalı rəqibi ilə görüşdən İrina Netreba 12-5 hesablı qələbə ilə ayrıldı. Bürünc medal uğrunda qarşılaşmada isə İrina Netreba Amerika Birləşmiş Ştatlarının nümayəndəsi Leig Jaynes ilə üz-üzə gəldi. Drammatik idman mübarizəsi şəraətində keçən görüş 4-4 hesabı ilə başa çatdı. Qalib isə son xalı qazanan Leig Jaynes oldu. İrina Netreba isə Dünya Çempionatını 5-ci yerdə başa vurdu.
Nəticələri
Yarış UKR AZE2007200820092010201120122013201420152016Dünya Çempionatı9iştirak etmədi12105Avropa Oyunları5Avropa Çempionatı9925Tələbələr arasında Yay Universiada Oyunları3"Qızıl Qran-Pri" Beynəlxalq turniri3658"Paris Qran-Prisi" Beynəlxalq turniri3"Almaniya Qran-Prisi" Beynəlxalq turniri3"Yaşar Doğu Memorialı" Beynəlxalq turniri2"Aleksandr Medved Memorialı" Beynəlxalq turniri22"Vaslav Ziolkovski Memorialı" Beynəlxalq turniri7"Austrian Ladies Open" Beynəlxalq turniri3"Klippan Lady Open" Beynəlxalq turniri5"Poland Open" Beynəlxalq turniri3"Moscow Lights" Beynəlxalq turniri22"Dan Kolov - Nikola Petrov" Beynəlxalq turniri19Ukrayna Beynəlxalq turniri5Alrosa Kuboku5Yeniyetmələr arasında Dünya Çempionatı5Yeniyetmələr arasında Avropa Çempionatı13Gənclər arasında Avropa Çempionatı31
İstinadlar
Xarici keçidlər
İrina NETREBA
Kateqoriya:Azərbaycanın qadın güləşçiləri Kateqoriya:2015 Avropa Oyunlarında güləşçilər Kateqoriya:2019 Avropa Oyunlarında güləşçilər Kateqoriya:Güləş üzrə Avropa Çempionatının medalçıları Kateqoriya:Güləş üzrə Dünya Çempionatının medalçıları Kateqoriya:Avropa Oyunlarının Azərbaycan idmançıları