Qaraqala — Tiflis quberniyasının Loru-Pəmbək qəzasında, indi Kalinino rayonunda kənd.PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2

Tarixi Yuxarı Qaraqala və Aşağı Qaraqala kəndləri 1930-cu illərdə birləşdirilib Qaraqala kəndi yaradılmışdır. 1950-ci ilin sonlarında rayondakı İlməzli heyvandarlıq sovxozu ilə birləşdirilmişdir. Orta əsrlərə aid azərbaycanlıların tarixi ilə bağlı abidələr, qalalar, qəbiristanlıqlar var.

Toponimi Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. Ermənistan prezidentinin 19.IV.1991-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Noramut qoyulmuşdur. XIX əsrin ortalarında Yuxarı Qaraqaya və Aşağı Qaraqala hissələrindən ibarət olmuş, XX əsrin 30-cu illərində birləşmişdir. Yaxınlıqdakı "Qaraqala" qala xarabalığının adındandır.

Əhalisi Kəndin sakinləri yalnız azərbaycanlılar olmuşdur. 1886-cı 183 nəfər, 1897-ci ildə 273 nəfər, 1916-cı ildə 244 nəfər azərbaycanlı yaşamışdırerm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831–1931) . Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831–1931) . Автор: Завен Коркотян. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.78–79, 148–149. 1918-ci ildə sakinləri deportasiya edilir. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra deportasiya olunmuş azərbaycanlılar öz kəndlərinə dönə bilmişdir. 1922-ci ildə 298 nəfər, 1926-cı ildə 281 nəfər, 1931-ci ildə 196 nəfər azərbaycanlı yaşamışdırerm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831–1931) . Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831–1931) . Автор: Завен Коркотян. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.79, 149. Kəndin sakinləri 1988-ci ilin noyabr-dekabr aylarında Ermənistan dövləti tərəfindən deportasiya olunmuşdur. İndi burada ermənilər yaşayır.

İstinadlar

Kateqoriya:Loru kəndləri Kateqoriya:Loru mərzinin yaşayış məntəqələri