Srebırna Təbiət Qoruğu () — Bolqarıstanın şimal-şərqində (Cənubi Dobruca), eyniadlı kəndin yaxınlığında, Silistra şəhərinin 18 km qərbində, Dunay çayının 2 km cənubunda yerləşən təbiət qoruğu. Qoruq Srebırna gölünü və ətraf əraziləri əhatə edir, quşların Avropa ilə Afrika arasındakı miqrasiya marşutu olan Portika yolunun üzərində yerləşir.
Qoruğun sahəsi 6 km2, bufer zonasının sahəsi 5,4 km2 təşkil edir. Gölün dərinliyi 1–3 metr arasında dəyişir. Qoruqda muzey fəaliyyət göstərir, bu muzeydə qoruq ərazisi üçün nadir olan quş növlərinin doldurulmuş maketləri sərgilənir.
Tarix thumb|left|Mənzərə. Srebırna gölü keçmişdə bir çox əcnəbi bioloqlar tərəfindən bir çox dəfə tədqiq edilmişdir. Göl ilə maraqlanan ilk bolqar alim buranı 1911-ci ildə ziyarət etmiş Aleksi Petrov olmuşdur. 1913-cü ildə Cənubi Dobruca Rumıniyanın əlinə keçmişdir, amma Bolqarıstan 1940-cı ildə bu torpağı geri almışdır. Petrov gölün yaxınlığında yuvalayan quş koloniyalarını öyrənmək üçün gölü bir dəfə də ziyarət etmişdir.
Ərazi 1948-ci ildə təbiət qoruğu, 1975-ci ildə Ramsar yeri elan edilmişdir. 1983-cü ildə isə UNESCO tərəfindən Ümumdünya İrsi siyahısına daxil edilmişdir.
Əfsanələr Gölün adının mənşəyi ilə bağlı bir neçə əfsanə mövcuddur. Bir əfsanə peçeneqlərlə qeyri-bərabər döyüşdə gölün yaxınlığında ölən Srebrist adlı xan haqqındadır. İkinci əfsanə isə gölün sahillərində görünən və gümüşlə (bolqar dilində "srebro" "gümüş" deməkdir) dolu olan qayıq haqqındadır. Üçüncü və daha inandırıcı əfsanəyə görə isə göl bu adını Ayın bədirlənməsi zamanı səthinin gümüş rənginə çalmasıdır.
Ətraf mühit left|thumb|200px|Muzeydə sərgilənən qutanlar.
Flora Gölün ətrafında qamış kimi hidrofitlər geniş yayılmışdır. Qoruq ərazisində 139 bitki növü müəyyən edilmişdir. Onlardan 11-i yox olmaq təhlükəsi ilə üz-üzədir.
Fauna Qoruğun faunası zəngindir. Srebırna Təbiət Qoruğunda 39 məməli növü, 21 sürünən və suda-quruda yaşayan növü və 10 balıq növü yaşayır. Burada yuvalayan 139 quş növü müəyyən edilmişdir: qıvrımlələk qutan, fısıldayan qu quşu, boz qaz, bataqlıq belibağlısı, Luscinia svecica, vağ, qarabattaq və s.
Adlandırma Antarktida materikinin Cənubi Şetland arxipelağının Livinqston adasındakı Srebırna buzlağı adını bu qoruqdan almışdır.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:1948-ci ildə yaradılmış qoruq əraziləri Kateqoriya:Bolqarıstanın qorunan təbiət əraziləri Kateqoriya:Bolqarıstan biosfer qoruqları Kateqoriya:Bolqarıstan gölləri Kateqoriya:Bolqarıstanda Ramsar yerləri Kateqoriya:Bolqarıstandakı ümumdünya irsi Kateqoriya:Bolqarıstan qoruqları Kateqoriya:Dunay