Roman Mixayloviç Dmitriev — Yakutiya MSSR Jiqansk rayonu, Bestyax kəndində anadan olmuşdur. 2010-cu ildə idə Moskvada vəfat etmişdir. Sovetlər Birliyini sərbəst güləş üzrə təmsil etmişdir. 48 kq çəki üzrə 1972-ci il olimpiya oyunlarında qızıl, 1976-cı il olimpiya oyunlarında isə güşüş medal qazanmışdır. Dünya və Avropa cenpionu olmuşdur. Altıqat SSRİ çempionudur. 1970-ci illərin dünyada əmn məşhur güləşçilərindən biri olmuşdur. MOİK üzvü olmuşdur.
Bioqrafiyası Çurapçin internat-məktəbində sərbəst güləş üzrə müəllimi Korkin Dmitriyev Petroviç olmuşdur. O, 1978ildə RQUFSiT bitirmişdir.
1981 - 1985 illər ərzində SSRİ İdman Komitəsinin məşqçisi olmuşdur. Yakutuya MSSR yığmasının baş məşqçisi və Rusiya Federasiyasının gənclər üzrə yığmasının baş məşqçisi kimi fəaliyyət göstərmişdir.
İdmançı və məşqçi fəaliyyətini bitirdikdən sonra digər məsul vəzifələrdə işləmişdir: Yakutiyanın Gənclər və İdman İşləri üzrə Nazirinin birinci mavini; Yakutuyanın Rusiya Prezidenti yanında idman məsələləri üzrə müşavir; Rusiya Federasiyasının Federal Qurultayında Yakutiya Qurultayının nümayəndəsi; Dövlət Qurultayının deputatı («Vahid Rusiya» fraksiyası), Ailə, uşaq, gənclər, bədən tərbiyəsi və idman komitəsinin üzvü.
Mükafatları SSRİ Layiqli idman ustası, SSRİ Layiqli məşqçisi, Rusiya Layiqli məşqçisi, Yakutiya MSSR bədən tərbiyəsi üzrə layiqli işçi, «Şərəf ordeni», «Qütb ulduzu ordeni», Fəxri sakin: Yakutsk, Jinqan ulusu, Çurapçin ulusu, Vilyoyski ulusu.
Yakutiya Aviaşirkətinin təyyarələrindən biri (RA-89012) Roman Mixayloviç Dmitrievin şərəfinə adlandırılmışdır.
Yakutskın Maqansk qəbirstanlığında dəfn olunmuşdur.
İstinadlar
Mənbə İdmançı haqqında
Kateqoriya:Saxa güləşçiləri Kateqoriya:Güləş üzrə Avropa çempionları Kateqoriya:1972 Yay Olimpiya Oyunları çempionları Kateqoriya:1976 Yay Olimpiya Oyunları gümüş medalçıları Kateqoriya:Güləş üzrə dünya çempionları Kateqoriya:Güləş üzrə Dünya Çempionatının medalçıları Kateqoriya:İnsultdan vəfat edənlər Kateqoriya:SSRİ əməkdar məşqçiləri Kateqoriya:SSRİ əməkdar məşqçiləri Kateqoriya:"Şərəf nişanı" ordeni ilə təltif edilənlər Kateqoriya:SSRİ-nin əməkdar idman ustaları Kateqoriya:Olimpiya qızıl medalına sahib SSRİ idmançıları Kateqoriya:Güləş üzrə olimpiya çempionları Kateqoriya:Olimpiya medallı güləşçilər Kateqoriya:Sərbəst güləş üzrə dünya çempionları Kateqoriya:Olimpiya gümüş medalına sahib SSRİ idmançıları Kateqoriya:Rusiya əməkdar məşqçiləri Kateqoriya:Rusiya siyasətçiləri Kateqoriya:1972 Yay Olimpiya Oyunlarında güləşçilər