Paşa xan Xəlifəqulu xan oğlu Ayrım (?-?) — Qacarlar dövlətinin sərkərdəsi, general.

Həyatı

Paşa xan Xəlifəqulu xan oğlu Maku xanlığının Avacıq mahalında anadan olmuşdu. Hərbi məktəb bitirmişdi. Mirpənc rütbəsi daşıyarkən Avacığa başçılıq etmişdi. Sonra sərhəddar olmuşdu. Cənubi Azərbaycandakı Ayrım elinə başçılıq edirdi.

Ailəsi

Paşa xanın Nəcəfqulu xan adlı oğlu vardı.

Mənbə Ənvər Çingizoğlu, Qacarlar dövrünün hərbçiləri, Bakı, "Mütərcim", 2013. 334 səh.

Kateqoriya:Ayrımlar Kateqoriya:İran generalları Kateqoriya:Makuda doğulanlar Kateqoriya:Doğum tarixi bilinməyənlər Kateqoriya:Vəfat tarixi bilinməyənlər Kateqoriya:Azərbaycan generalları