Yarımca — Azərbaycan Respublikasının Ağdərə rayonunun Qızıloba kənd inzibati ərazi dairəsində kənd.
Tarixi Yarımca kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi. 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam rayonu, Tərtər rayonu və Kəlbəcər rayonu arasında bölüşdürüldü. Yarımca kəndi də Tərtər rayonuna birləşdirilən kəndlərdən biridir. Yarımca kəndi ilk dəfə 1991-1992-ci illərdə Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilib. 1994-cü ilin avqustunda ermənilər yenidən kəndi işğal edib. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatı nəticəsində Yarımca kəndi Azərbaycanın nəzarətinə qayıtmışdır.
5 dekabr 2023-cü ildə kənd Ağdərə rayonunun tərkibinə daxil edilib.
İstinadlar
Kateqoriya:Ağdərə rayonunun kəndləri