Hüquq ensiklopedik lüğəti — Azərbaycan Ensiklopediyasının Baş redaksiyası tərəfindən Bakıda 1991-ci ildə nəşr olunmuş və hüquq məsələləri ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş ensiklopedik lüğət.

Azərbaycan dilində ilk dəfə nəşr olunmuş 544 səhifədən ibarət olan bu kitabda 1000-dən çox məqalə-məlumat verilmişdir. Lüğətdə dövlət hakimiyyəti orqanlarının işi, vətəndaşların hüquq və azadlıqları, onların həyata keçirilməsi qaydaları və s. şərh olunmuş, mühüm hüquqi anlayışlar təhlil edilmişdir.

Mənbə Hüquq ensiklopedik lüğəti. Azərbaycan Ensiklopediyasının Baş redaksiyası. Bakı, 1991, JSBN 5-89600-032-4

Həmçinin bax Azərbaycan Sovet Ensiklopediyası Böyük Sovet Ensiklopediyası Azərbaycan Milli Ensiklopediyası Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası

Kateqoriya:Azərbaycan dilində ensiklopediyalar Kateqoriya:Azərbaycan ensiklopediyaları Kateqoriya:1991-ci ildə Azərbaycanda yarananlar Kateqoriya:Lüğətlər