Sevgi tuneli () — yerli əhəmiyyətli dəmiryol xətti üzərində olan təbiət abidəsi. Tunel Rivne vilayətininin Rivne rayonda yerləşən Klevan qəsəbəsi ərazisində yerləşir. Tuneldən keçən dəmiryol xətti Klevan və Orjev qəsəbələrini birləşdirir. Ümumi məlumat Meşə bitkiləri ilə əhatələnmiş bu yaşıl tunel bir botanika fenomenidir. Uzunluğu 5 km olan, ağaclardan və kollardan ibarət olan bu tunel arka formasını xatırladır. Yük qatarı sutkada bu tuneldən üç dəfə keçirTunnel of Love in Klevan, Ukraine, a Fairytale Train Track .

Tunelin belə şəkil almasında həm təbiətin, həm də insanın rolu olmuşdur. Məhz Orejev ağac emalı kombinatına gedən yolun burdan keçməsi tunelin formalaşmasında böyük rol oynamışdır. Meşə ərazisindən keçən bu yolda əvvəllər qatarların hərəkəti daha çox idi. Bu səbəbdən meşənin bu yolu əhatə etməsi mümkün deyildi. Sonradan gediş-gəlişin azalması nəticəsində yol artıq özünə məxsus formaya düşdü və müasir formasını aldı

Tunel turistlərin və sevgililərin sevimli məkanıdır. Turistlər arasında söylənilən əfsanəyə görə əgər sevgililər bu tuneldən birgə keçərək ürəklərində arzu tutarlarsa, arzuları mütləq həyata keçəcək. Bəzi gənclər hətta tuneldə gül-çiçək əkərək hislərini simvolizə edirlər.

Kinomotoqrafiyada Yapon rejissor Akiyoşi İmazaki 2014-cü ildə "Klevan: Sevgi tuneli" adlı romantik dram filmi çəkmiş və filmin ilk nümayişi 23 noyabr 2014-cü ildə baş vermişdir. Beynəlxalq Hanoy kinofestivalında göstərilən bu filmin süjet xətti birbaşa Sevgi tuneli ilə bağlıdır. Qısametrajlı "Mina" filmi. Şəkillər

İstinadlar

Xarici keçidlər Тунель кохання Прекрасне диво природи «Тунель кохання». Клевань, Україна. Туризм в Украине

Kateqoriya:Ukrayna abidələri