Maral gölü — Kanadanın mərkəzində yerləşən göl, Saskaçevan və Manitoba vilayətləri arasında yerləşir. Böyük hissəsi Saskaçevan ərazisində yerləşir. Göl buzlaq məşəllidir. Ümumi su tutumu 60 000 km²Word Lake Database, International Lake Environment Committee. Su səthinin sahəsi 5650 km², ümumi sahəsi 6650 km² təşkil edir. Noyabrdan iyuna qədər göl buzla örtülü olur.

Sahəsinə görə Saksaçevanın ikinci Kanadanın doqquzuncu gölüdür. Sahilləri parçalıdır. Burada 5500 kiçik adalar vardır. Şərqində Kinoosao, şimalında Broşe (Brochet), cənubunda Sauthend yaşayış məntəqələri yerləşir. Göldən Maral çayı və Çörçil çayındakı bəndlə Hudzon körfəzi oradan isə dünya okeanına çıxmaq olur. Göl Balıqçılıq üçün əlverişlidir.

Maralın cənubunda Dir buxtası yerləşir. Körfəzin uzunluğu 5 km, dərinliyi 220 metrdir. Körfəz 100 milyon il önçə bura düşmüş Meteorit nəticəsində yaranmışdır. İstinadlar

Kateqoriya:Manitoba gölləri