Mixail Qusman (Mixail Solomonoviç Qusman; ) — SSRİ və Rusiya jurnalisti, tərcüməçi. Yuli Qusmanın kiçik qardaşı, "Qızıl çinar" beynəlxalq mükafatı laureatı (2018).

Həyatı Mixail Qusman 23 yanvar 1950-ci ildə Bakı şəhərində hərbi həkim, Böyük Vətən müharibəsi illərində Xəzər Dəniz Donanmasının baş terapevti, polkovnik-leytenant Solomon Moiseyeviç Qusmanın ailəsində anadan olmuşdur. Anası Lola Yuliyevna Barsuk əvvəlcə aktrisa, daha sonra tərcüməçi, Azərbaycan Xarici Dillər İnstitutunun professoru olmuşdur.

1970 - Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunu bitirmişdir.

1973 - Bakı Ali Partiya Məktəbini bitirmişdir.

1973-1986-cı illərdə - Azərbaycan SSR Gənclər Təşkilatları Komitəsinin sədr müavini (Bakı);

1986-1991-ci illərdə - SSRİ Gənclər Təşkilatları Komitəsinin informasiya şöbəsinin müdiri - mətbuat mərkəzinin rəhbəri;

1991-1995 - "Infomol" İnformasiya Əməkdaşlıq Baş İdarəsinin direktoru;

1995-1998-ci illərdə - ANKOM-TASS beynəlxalq analitik agentliyinin vitse-prezidenti;

1998-1999-cu illərdə - İTAR-TASS Beynəlxalq Əməkdaşlıq, İctimaiyyətlə Əlaqələr və Xüsusi Layihələr Baş İdarəsinin rəisi;

1999-cu ilin yanvar-noyabr aylarında - İTAR-TASS-ın baş direktor müavini;

1999-cu ilin noyabrından - TASS xəbər agentliyinin baş direktorunun birinci müavini (1 oktyabr 2014-cü ilədək - İTAR-TASS). Mükafatları "Dostluq" ordeni — 22.01.2010"M.S.Qusmanın “Dostluq” ordeni ilə təltif edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 22 yanvar 2010-cu il tarixli, 690 nömrəli Sərəncamı. e-qanun.az "Qızıl çinar" beynəlxalq mükafatı laureatı — 11.05.2018 "Şərəf" ordeni — 23.01.2020

Filmoqrafiya Qorxma, mən səninləyəm! 1919 (film, 2013)

İstinadlar

Kateqoriya:SSRİ jurnalistləri Kateqoriya:Azərbaycanın "Dostluq" ordeni ilə təltif edilənlər Kateqoriya:"Qızıl çinar" beynəlxalq mükafatının qalibləri Kateqoriya:Azərbaycan yəhudiləri Kateqoriya:Rusiya jurnalistləri Kateqoriya:Rusiya tərcüməçiləri Kateqoriya:SSRİ tərcüməçiləri Kateqoriya:Azərbaycan jurnalistləri