Srdan Babiç (Serb kirili: Срђан Бабић; ) — Serbiyalı peşəkar futbolçu. İspaniyanın Almeriya və futbol üzrə Serbiya milli komandasının müdafiəçisi.

Klub karyerası

Babiç 2011-ci ilin avqust ayında Voyvodina FK-ın gənclər yığmasına qatılmamışdan əvvəl karyerasına ilk olaraq ev klubu olan Boraç Banya Luka klubunda başlamışdır. O, ilk oyununa Branko Babiçin başçılığı altında 1 mart 2014-cü ildə Vozdovaç FK klubuna qarşı oyunda çıxmışdır. Babiç 90 dəqiqə oyunda olmuş və komandası 2–0 hesabı ilə qalib gəlmişdir. Babiç 2013–14 mövsümündə 8 oyunda iştirak etməsinə baxmayaraq, mövsümün rəmzi komandasına düşməyi bacarmışdır. O, Serbiya Kubokunun finalında Yaqodina klubunu 2–0 məğlub edilməsində böyük rol oynayaraq kuboku komandasına qazandırmışdır. 2014–15 mövsümündə Babiç bütün turnirlər nəzərə alınaraq, ümumilikdə 27 oyunda meydana çıxmışdır.

Milli karyerası

Babiç 2014-cü ildə UEFA U-19 Çempionatında iştirak etmiş və Serbiyanın uğurları üçün çalışmışdır, lakin yarımfinalda güclü Portuqaliya milli komandası tərəfindən dayandırılmışdır. O, 2015 FİFA U-20 Dünya Çempionatında qalib gələn heyətin də bir üzvü olub.

Statistika

7 iyul 2015-ci il məlumatlarına əsasən. KlubMövsümLiqaKubokKontinentalÜmumiOyunQolOyunQolOyunQolOyunQolVoyvodina2013–148031001112014–152402010270Ümumi3205110381

Uğurları Voyvodina Serbiya Kuboku: 2013–14

Serbiya FİFA U-20 Dünya Çempionatı: 2015

Fərdi Serbiya Superliqası İlin mövsümü: 2013–14

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Serbiya futbolçuları

Kateqoriya:Voyvodina FK futbolçuları

Kateqoriya:Real Sosyedad FK futbolçuları

Babiç

Kateqoriya:2022 FİFA Dünya Kuboku futbolçuları

Kateqoriya:Serbiyanın kişi futbolçuları Kateqoriya:Spartak Moskva FK futbolçuları Kateqoriya:Portuqaliya Premiera Liqası futbolçuları Kateqoriya:Legioner Serbiya futbolçuları Kateqoriya:Sequnda Divizionu B futbolçuları Kateqoriya:Serbiya Superliqası futbolçuları Kateqoriya:Rusiya Premyer Liqası futbolçuları Kateqoriya:UEFA Avro 2024 futbolçuları Kateqoriya:Serbiya milli gənclər futbol komandasının oyunçuları Kateqoriya:Serbiya U-21 milli futbol komandasının oyunçuları Kateqoriya:Srvena Zvezda FK futbolçuları Kateqoriya:La Liqa futbolçuları Kateqoriya:Sequnda Divizionu futbolçuları Kateqoriya:Futbol mərkəz müdafiəçiləri Kateqoriya:Portuqaliyada legioner futbolçular Kateqoriya:İspaniyada legioner futbolçular Kateqoriya:Rusiyada legioner futbolçular Kateqoriya:Portuqaliyadakı əcnəbi kişi futbolçular Kateqoriya:İspaniyadakı əcnəbi kişi futbolçular Kateqoriya:Reus Deportiu FK futbolçuları