Aleksey İnnokenteviç Antonov () — Sovet hərbi komandiri, ordu generalı. 1945–1946-cı illərdə Ali Qərərgah rəisi. 1942-ci ilin dekabrında Böyük Vətən müharibəsində sovet qoşunlarının demək olar ki, bütün qoşunlarında iştirak edib. Üç dəfə "Lenin" ordeni, Dörd dəfə Qırmızı Bayraq ordeni, "Qələbə" ordeni və s. laueratıdır.
Həyatı Aleksey Antonov 28 sentyabr 1896-cı ildə Belorusiyanın Qrodno şəhərində anadan olub. Atası—İnnokenti Alekseyviç Antonov kapitan, artilleriya zabiti, anası—Terez Ksaverevnı Antonov evdar qadın idi. Antonovun atası Sibirdə Aleksandrov Hərbi Məktəbini bitirib. 1904-cü ildə ailəsi Ukraynaya—Ostroq şəhərinə köçür. Burada Aleksey gimnaziyaya daxil olur. 1916-cı ildə Aleksey Antonov hərbi xidmətə çağırılır. Həmin ilin dekabrında Pavlovsk Hərbi Məktəbində kursu bitirir və gizir rütbəsi alaraq Yeqer qvardiya alayına göndərilir. 1917-ci ilin əvvəlində həmin alayı Aleksey Kaledinin komandanlıq etdiyi Cənub-Qərb cəbhəsi 8-ci ordunun köməyinə göndərilir. Aleksey Antonov 1917-ci ilin 18 iyunda gecə vaxtı cənub Stanislav cəbhəsindən artilleriya ilə almanlar üzərinə hücuma keçir. 16 iyulda almanlar əks-hücuma keçirlər. Döyüş zamanı Antonov qəlpə yarası alır və Petroqradda xəstəxanaya çatdırılır. Bu döyüşdə göstərdiyi igidliyə görə o, Müqəddəs Anna ordeni ilə təltif olunur. 24 iyun 1941-ci ildə Aleksey Antonov Kiyev Xüsusi Hərbi Dairəsinin qərargah rəisi təyin olunur. O, həmçinin cəbhə xəttinə səfərbərlikdə böyük xidmətlər göstərmişdir. O, 1941-ci ilin iyul ayında Dneprdən 120 min çağırışçı, 24 min at, 10 min vaqon səfərbər etmişdi. 1941-ci ilin avqust ayında Cənub cəbhəsinə Antonov rəhbərlik etmişdir.
Mükafatları "Qələbə" ordeni (4.06.1945) 3 dəfə Lenin ordeni 4 dəfə Qırmızı Bayraq ordeni 2 dəfə I dərəcəli Suvorov ordeni I dərəcəli Kutuzov ordeni Vətən Müharibəsi Ordeni "Qafqazın müdafiəsinə görə" medalı 1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə medalı Müqəddəs Anna ordeni Vitruti Militari ordeni (Polşa) Fəxri Legion ordeni (Fransa) Ağ Şir ordeni [Орден Белого льва] (Çexiya) Qırmızı Bayraq ordeni (Monqolustan)
İstinadlar
Kateqoriya:Birinci Dünya müharibəsində Rusiya hərbçiləri Kateqoriya:İkinci Dünya müharibəsində SSRİ hərbçiləri Kateqoriya:SSRİ Ali Sovetinin VI çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin V çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin IV çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin III çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin II çağırış deputatları Kateqoriya:"Qırmızı bayraq" ordeni ilə təltif edilənlər Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyasının üzvləri Kateqoriya:Sov.İKP-nin XX qurultayının nümayəndələri Kateqoriya:Sov.İKP-nin XIX qurultayının nümayəndələri Kateqoriya:"Fəxri Legion" ordeninin komandorları Kateqoriya:SSRİ Ali Sovetinin Millətlər Sovetinin V çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin Millətlər Sovetinin II çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin İttifaq Sovetinin III çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin İttifaq Sovetinin IV çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin İttifaq Sovetinin VI çağırış deputatları Kateqoriya:Zaqafqaziya hərbi dairəsinin komandanları Kateqoriya:M. V. Frunze adına Hərbi Akademiyanın müəllimləri Kateqoriya:Rusiyada vətəndaş müharibəsi iştirakçıları (qırmızılar)