Registan — qumlu səhra Əfqanıstanın cənubunda yerləşir. Şimaldan və qərbdən Qilmend çayı, cənubdan Çaqai dağı, şərqdən isə Kvetto-Pişinski alçaq dağlığı ilə əhatələnir. Burada hündürlüyü 60 metr olan barxanlar vardır. Səhranın sahəsi 40 000 km²-dir.
Hündürlük şərqdə 1500 metr, şərqdə isə 800 metr təşkil edir. Subtropik kontinental iqlimə malikdir. Havası quru olub, illik yağıntının miqdarı 100 mm-dir. Yağıntı əsasən qış və yaz ayları düşür. Səhradan qoyunçuluq, dəvəçilik və davarçılıqda istifadə edilir. Cənub-qərbindən Əfqanıstan-Pakistan dövlət sərhədi keçir.
Xarici keçidlər NASA Image - August 20, 2000 Registan Desert Bird Life Factsheet
Kateqoriya:Əfqanıstan səhraları Kateqoriya:Əfqanıstan relyefi