"Dil Dil Pakistan" () — Pakistanın musiqi ansamblı "Vital Signs" tərəfindən 1987-ci ildə yayımlanmış mahnı. Bu mahnı 1989-cu ildə ansamblın debüt albomu olan "Vital Signs 1"ə daxil idi.
Qəbulu "Dil Dil Pakistan" Pakistanın qeyri-rəsmi himni kimi qiymətləndirilir.
Musiqi videosu Mahnının musiqi videosu Pakistanın paytaxtı İslamabadda çəkilib. Mahnının çox səhnələrində ansamblın üzvləri velosiped və ya şəhərin ətrafında cip sürür. Səhnələrin birində qrup kiçik bir təpənin yamacında mahnını oxuyur. Sonda isə qrupun bütün üzvləri sadə bir studiyada mahnını oxuyur və az bir müddətdən sonra video bitir.
Lirika Mahnının müəllifinin kimliyi mübahisəlidir. Lakin mahnının ərsəyə gəlməsində əsas rolu Şoaib Mansor oynamışdır. Vital Signsin əsas vokalisti Junaid Camşed qeyd edir ki, qrup və prodüser məhəbbət mahnısı üzərində işləyirdi, ancaq bütün bu səylər uğursuz kimi görünürdü. Nəhayət, Şoaib Mansor məhəbbət mahnısı ideyasından imtina edib və vətənpərvərlik mahnısı üzərində işləməyə qərar verib və nəticədə "Dil Dil Pakistan" yaranıb.
Kütləvi mədəniyyətdə 2003-cü ildə "BBC World Service"in məşhur mahnıların beynəlxalq sorğusunun nəticələrinə görə "Dil Dil Pakistan" üçüncü yerdə qərarlaşıb. 1990-cı ildə yaradılmış "Dil Dil Hindustan" mahnısı "Dil Dil Pakistan"dan ilhamlanaraq, köçürülmüşdür. 1 yanvar 2014-cü ildə mahnının dəyişdirilmiş versiyası Şam İdris tərəfindən hazırlanıb və Karter Zaherin iştirakı ilə yayımlanıb.
İstinadlar
Xarici keçidlər Rəsmi video YouTube Cherishing Independence from afar Urdu dilində MP3 və lirika
Kateqoriya:1987-ci ilin mahnıları Kateqoriya:Vətənpərvərlik mahnıları Kateqoriya:Urdu dilində mahnılar